Bazar , Yanvar 16 2022
Ana səhifə / Cəmiyyət / Kamaləddin Heydərov dünən general olan şəxsi yüksək vəzifəyə Təyin etdi (FOTO)

Kamaləddin Heydərov dünən general olan şəxsi yüksək vəzifəyə Təyin etdi (FOTO)

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dünən general-mayor rütbəsi alan Raul Süleyman oğlu Zeynalova yeni vəzifə verib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazirin müvafiq əmri ilə Raul Zeynalov FHN-in Bakı Regional Mərkəzi rəisinin birinci müavini vəzifəsindən azad edilib. Nazirin digər əmri ilə general-mayor FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini təyin olunub. 

Qeyd edək ki, Raul Zeynalov 27.04.1982-ci ildə Şəmkir rayonunda anadan olub. Bakı Dövlət Universitetini bitirib. Ailəlidir, 2 övladı var.


Həmçinin oxuyun

Şadlıq sarayının rəhbəri həbs edildi

Bərdədə karantin qaydalarının pozulduğu restoranın sahibi inzibati qaydada həbs edilib DİN-in Mətbuat Xidmətinin Bərdə regional …