Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Cəmiyyət / Kərbəla və Qarabağ şəhidləri anılıb – FOTO

Kərbəla və Qarabağ şəhidləri anılıb – FOTO

Bakıda “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə “Qarabağın işğaldan azad olunmasında İmam Hüseyn məktəbinin rolu” adlı tədbir keçirilib.

Birlikdən verilən məlumata görə, tədbirdə ilk olaraq, “Qazi Qarabağ” azanı səsləndirilib. Daha sonra Kərbəla şəhidləri və Qarabağ uğrunda döyüşlərdə şəhid olanların əziz ruhuna müqəddəs Qurani-Kərimdən ayələr oxunub.

Tədbirdə çıxış edən “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli bildirib ki, İmam Hüseyn məktəbinin ən layiqli davamçıları Qarabağ şəhidləridir. Onun sözlərinə görə, Əhli-Beyt məktəbi aşiqlərinin Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasında misilsiz xidmətləri var: “Elə bu səbəbdən Aşura mərasimi xalqımızın mənəvi dəyərinə çevrilib. Əsrlərdir ki, İmam Hüseyn şəhadətinin fəlsəfəsini anlayan Azərbaycan xalqı bu şəhidlik məktəbindən dərs alıb. Bunun əsl nümunəsini dogma Qarabağımızın azadlığı uğrunda canını fəda edən vətənpərvər oğullarımızın şücaətində görmək olar”.

Birlik sədri tədbirin keçirilməsində verdiyi dəstəyə görə “Ovqat-AB” şirkətinin rəhbərlyinə öz təşəkkürünü bildirib.

Tədbirdə şəhid və qazi ailələri də iştirak edib. Sonda Kərbəla və Qarabağ şəhidləri adına ehsan süfrəsi açılıb.

Həmçinin oxuyun

Məleykə Abbaszadə: İmtahan qiymətləri dəyişə bilər

Dövlət İmtahan Mərkəzi (DİM) göstərdiyi xidmətlərin qiymətləri ilə bağlı Tarif (qiymət) Şurasına müraciət edəcək. Bunu …