Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Kərəm Həsəovun korrupsiya «bulağı»: Heraçiyev rüşvət milyonlarını komitə sədri üçün necə toplayır?

Kərəm Həsəovun korrupsiya «bulağı»: Heraçiyev rüşvət milyonlarını komitə sədri üçün necə toplayır?

Kərəm Həsənovun əsas «qara kassası» olan Mohama Heraçiyev həmçinin komitə sədri üçün hər zaman ehtiyac duyduğu «oksigen» rolunu da oynayır.

Faktiki olaraq komitə içində «komitəyə çevrilən» Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyində toplanan rüşvət pulları əslində Kərəm Həsənovun topladığı rüşvət pularının əsas hissəsini təşkil edir. Heraçiyevin sayəsində burda rüşvət sistemi elə bir mükəmməl mexanizmə çevrilib ki, heç kəs yuxarılardan gizli nəsə edə bilməz.

Azinforum.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov son illər əsasən qardaşı Şahin Həsənovun keçmiş Milli Təhlükəsizlik Nazirliyində yüksək vəzifə tutması, komitə sədri ilə sabiq nazir Eldar Mahmudovla isti münasibətlərinin olması və əmlak məsələlərində vətəndaşların süründürməçiliyi və talanan milyonlar gündəmdə olub. Bütün hallarda Kərəm Həsənovun rəhbərlik etdiyi Əmlak Məsələləri Dövlət Komitəsi hər zaman ölkənin ən çox korrupsiyalaşmış qurumu kimi tanınıb.

Redaksiyaya Kərəm Həsənovun əsas korrupsyia mənbəyi haqqında çox maraqlı məlumatlar daxil olub. Komitədən daxil olan məolumata görə bu gün Kərəm Həsənovun korrupsiya «bulağı» əsasən Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyində «fontan» vurur. Belə ki, AzMedia.info-nu məlumatlandıran mənbənin sözlərinə görə Kərəm Həsənov il ərzində bu Agentlikdən on milyonlarla manat rüşvət pulu toplayır. Bu quruma isə Kərəm Həsənovun korrupsiya «komandasında» əsas fiqurlardan biri olan və komitə sədrinin ən yaxın ətrafında yer alan Mohuma Heraçiyev dayanır.

Bu həmin Mohuma Heraçiyevadır ki, il ərzində on milyonlarla manat vəsaiti əhalidən rüşvət formasında toplayraq Kərəm Həsənova çatdırır və öz sadiqliyi, həmçinin «dürüstlüyü» ilə Kərəm Həsənovun gözündə özünə «taxt» qurub.

AzMedia.info-nu məlumatlandıran mənbənin iddiasına görə komitədə başda Rüstəm Şahbazov olmaqla heç kəs Mohuma Heraçiyevin işinə müdaxilə edə bilməz. Heç kim ondan hansısa xahişi də edə bilməz. Çünki Heraçiyev yüksək etimad qazanaraq, bütün «haqq hesabları» şəxsən Kərəm Həsənovla edir və buna görə də onun Agentliyi ilə bağlı hətta komitədə belə kiminsə xahişi varsa, mütləq şəkildə Kərəm Həsənovun özünə müraciət etməlidir. Mənbə bildirir ki, bu şəraiti Heraçiyevin özü yaradıb və bu yolla da Kərəm Həsənova nə qədər sədaqətli, eyni zamanda dürüst biri olduğunu komitə sədrinin diqqətinə hər zaman çatdırır.

Mənbənin bildirdiyinə görə Agentlik sədrinin təkcə ay ərzində sahibkarlara, vətəndaşlara verilən əkin, tikinti və digər sahələr üzrə torpaqlar üçün verdiyi səndələrdən hər ay ən azı 2-3 milyon manat rüşvət pulu toplayır. Toplanan rüşvət pullarının isə hər ay Heraçiyev tərəfindən son qəpiyinə qədər Kərəm Həsənova təqdim olunduğu iddia olunur.

Qeyd olunur ki, bu məbləğ təkcə kiçik torpaq sahələrinə və obyekt yerlərinə aiddir. Bu gün ölkədə icarəyə verilən çox böyük torpaq sahələri və obyekt yerləri var ki, hər il onların bəzilərinin sənədlərində dəyişikliklərin olunması məcburidir. Qanunun məcburi hissəsindən istifadə dən Mohuma Heraçiyev isə yeni sənədlərin verilməsi üçün qarşı tərəfdən külli miqdarda rüşvət tələb edir. Tələb olunan rüşvəti verməyənlərin sənədləri isə müxtəlif yollarla yubadılır və müddət bitdiyi üçün həmin icarə müqaviləsi ləvğ olunur və bundan sonra isə həmin torpaq sahəsi Kərəm Həsənovun yaxınında olan hansısa şəxsin yaxınına icarəyə verilir. Yəni faktiki olaraq həmin torpaqları Krəm Həsənov ələ keçirir. Ona görə də icarədarlar başlarını Heaçiyevin tətbiq etdiyi sistemlə ağrıtmadan tələb olunan rüşvəti verməyə üstünlük verirlər.

Mənbə bildirir ki, faktiki olaraq komitə içində «komitəyə çevrilən» Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyində toplanan rüşvət pulları əslində Kərəm Həsənovun topladığı rüşvət pularının əsas hissəsini təşkil edir. Heraçiyevin sayəsində burda rüşvət sistemi elə bir mükəmməl mexanizmə çevrilib ki, heç kəs yuxarılardan gizli nəsə edə bilməz. Çünki bütün sənədlərin birbaşa Heraçiyevin görməsi və onun razılığı ilə yeni sənədlərin verilməsi agentlikdə çalışanlar üçün əsas şərtdir. Bu şərti pozan heç kəs bir gün belə qurumda çalışa bilməz.

Agentlikdədki mənbəmiz qeyd edir ki, Kərəm Həsənov öz növbəsində Mohama Heraçiyevin bu sədaqətini və dürüstlüyünü yüksək qiymətləndirir. Mənbənin iddiasına görə hər ay Mohuma Heraçiyevin Kərəm Həsənovdan aldığı «paketin» miqdarı100 (yüz min) manatdır.

Mənbə onu da qeyd edir ki, Mohama Heraçiyev digərlərindən fərqli olaraq özünü ictimai diqqətdən kənarda saxlamağı bacarırı və bu xüsusiyyti ilə də Kərəm Həsənovun rəğbətini qazanır. Bu günə qədər Mohama Heraçiyevin adı heç bir qalmaqalda hallanmayıb. Onun milyonluq villalrı, bahalı avtomobilləri heç vaxt mətbuatda yayımlanmayıb. Heç mətbuatda Heraçiyevin tanıyan belə yoxdu. Çünki Heraçiyev bir qədər gözdən-könüldən uzaq həyat sürməyə üstünlük verir. Amma bu o demək deyil ki, Heraçiyevin sərvəti yoxdur.

Mənbə bildirir ki, təkcə paytaxtın Nərimanov və Səbail rayonlarında Heraçiyevə məxsus 50 yaxın lüks mənzil var. Bu mənzillərin hər birinin qiyməti milyon manatdan çoxdur. Agentlikdə «xəsis patron» kimi tanınan Heraçiyev bütün əmlakının ən yaxın qohumlarının adına rəsmləşdirdiyi və bu işi çox ustalıqla etdiyi bildirilir. Bunda başqa mənbə Mərdəkan qəsəbəsində dəniz kənarı ərazidə Herçaiyevə məxsus böyük bir villanında inşa edildiyi iddia edir.

Ancaq hazırda Agentlik rəhbərinin hansı əmlaka var dövlətə sahib olduğunu heç kəs, ən yaxın işçiləri belə bilmir. Ancaq ola bilsin bu məlumat Kərəm Həsənovda olsun. Çünki Mohama Heraçiyev problemlərinin olmaması üçün hər zaman Kərəm Həsənova qarşı dürüst olmağa üstünlük verir və bu onun əsas sığıortası hesab olunur. Ümumilik də isə Kərəm Həsənov da Heraçiyev olmadan rahat şəkildə öz işlərini yönlədirə bilməz. Kərəm Həsənovun əsas «qara kassası» olan bu şəxs həmçinin komitə sədri üçün hər zaman ehtiyac duyduğu «oksigen» rolunu da oynayır.

Bildirək ki, yaxın günlərdə Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyindəki maxinasiyalar barədə və Heraçiyevin imknalı iş adamlaırndan, məmurlardan necə rüşvət alması və hər gün, hər ay, hər il üst-üstə nə qədər rüşvət alması ilə bağlı detallı bilgiləri verəcəyik.

Yazı adı keçən şəxslərin mövqyeini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın