Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Cəmiyyət / Kəndliləri təhqir edən şöbə müdiri hamıdan üzr istədi – FOTO

Kəndliləri təhqir edən şöbə müdiri hamıdan üzr istədi – FOTO

“Bakı Metropoliteni” QSC-nin Marketinq və Reklam şöbəsinin müdiri Lalə Babayeva sosial şəbəkədə böyük qalmaqala səbəb olan fikirlərinə görə hamıdan üzr istəyib.
L.Babayeva özünə məxsus “Facebook” səhifəsində yazıb: “Hörmətli soydaşlarımız, bu gün sosial şəbəkədə fikirayrılığına səbəb olan şərhim təəssüf edirəm ki, düzgün anlaşılmayıb və həmin şərh heç də çalışdığım müəssisənin mövqeyini əks etdirmir. Bu səbəbdən, Azərbaycan vətəndaşı olaraq, cəmiyyətimizdə belə arzuolunmaz rəy yarandığı üçün çox təəssüf edir, bütün həmvətənlərimizdən yanlış anlaşmaya görə, üzr istəyirəm”.

Qeyd edək ki, L.Babayevanın sosial şəbəkədə yazdığı status (“Çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı. Həm təmiz, həm də rahat metro olardı”)kəndliləri təhqir kimi qiymətləndirilib, bu səbəbdən etiraza səbəb olub. (AzVision.az )

Həmçinin oxuyun

“Zəfər” ordeni 900 əyarlı qızıldan hazırlanıb (FOTO)

Azərbaycanın “Zəfər” ordeninin detallı təsviri açıqlanıb.  “Zəfər” ordeni (bundan sonra – orden) 900 əyarlı qızıldan …