Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Cəmiyyət / “Kəndlilər işləmək istəmir, deyirlər ki, neft var, bizə də pulu verilsin” – DEPUTAT

“Kəndlilər işləmək istəmir, deyirlər ki, neft var, bizə də pulu verilsin” – DEPUTAT

Millət vəkili Adil Əliyev Almaniyada yaşayan azərbaycanlılarla növbəti görüşünü keçirib. 

Azinforum.az gununsesi.info-ya istinadən xəbər verir ki, soydaşlarımız qarşısında çıxış edən deputat onları Azərbaycan maraqlarını müdafiə eləməyə çağırıb.
O, ölkəmizin inkişaf etdiyini, dünyada güclü mövqeyə sahib olduğunu da deyib.
Daha sonra Adil Əliyev sualları cavablandrıb. Tədbir iştirakçılarından birinin “Azərbaycanda inkişafdan danışdınız, bəs, Almaniyanın qaçqın düşərgələrində niyə insanların sayı bu qədər çoxdur” sualına Adil Əliyev belə cavab verib:
“Dünya müasirləşdikcə insanlar daha yaxşı yaşamağı arzulayır. Daha yaxşı təhsil almaq  istəyir. Arzularının gerçəkləşməsini başqa yerdə görmək istəyir. Biz idda etmirik ki, Azərbaycanda maaş Almaniyadan yüksəkdir. Biz Almaniya ola bilmərik. Bunun üçün zaman lazım. Hər şeyi dövlətin üzərinə atmaq lazım deyil”.
Adil Əliyev deyib ki, bəzən insanlar zəhmətə qatlaşmaq istəmir:
“Kənddə yaşayanlar kənd təsərrüfatı ilə məşğul olmaq istəmir. Deyirlər ki, neft var biz də pulu verilsin. Halbu ki, dövlət bu sahənin inkişafı üçün addımlar atın. İnsanlar bir az zəhmətə qatlaşmalıdır”.

Həmçinin oxuyun

Azərbaycanlı iş adamı əsgərimizin arzusunu reallaşdırıb – Fotolar

Azərbaycanlı iş adamı Fərid Novruzi Hadrut (Ağoğlan) qəsəbəsinin işğaldan azad edilməsində iştirak edən əsgərin arzusunu …