Cümə , Noyabr 27 2020
Ana səhifə / Cəmiyyət / Kəmaləddin Heydərovun qəza anı – Anbaan VİDEO

Kəmaləddin Heydərovun qəza anı – Anbaan VİDEO

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun qəzaya düşməsi xəbəri yayılıb.

Xəbərdə bildirilir ki, nazir dünən günorta saatlarında Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində xidməti maşını qəzaya düşüb.

Mühafizəçilər dərhal naziri başqa bir maşına əyləşdirərək hadisə yerindən uzaqlaşdırıblar.

Bu gün gecə saatlarında isə qəzanın videosu yayılıb. Videoada görünür ki, 90 AA 900 nömrə nişanlı “Mercedes” markalı avtomobil işıqforun qırmızə işığından keçərək “Maserati” markalı avtomobillə toqquşur. Zərbənin gücündən təhlükəsiz yasdıqları açılır.  

Qəza videosu nazir Kəmaləddin Heydərovun həmin avtomobilin yanında dayanmış başqa bir avtomobilə əyləşməsilə davam edir. Maraqlıdır ki, videoda nazirin qəzaya düşdüyü avtomobildən düşməsi görünmür. O hissədə video kəsilib.

Həmin görüntüləri təqdim edirik:/Bakupost

Həmçinin oxuyun

BDU Dövlət Bayrağını təhqir edən tələbə ilə bağlı məlumat yaydı – VİDEO

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs tələbəsi Məhəmmədov Pərviz Əlipənah …