Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Kəmaləddin Heydərov niyə hədəf seçilir? – Video

Kəmaləddin Heydərov niyə hədəf seçilir? – Video

Bir müddətdir ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla bağlı mətbuatda bir-birindən rəngarəng materiallar yayımlanır.

Bu informasiyalar ölkədə baş verən ikinci devalvasiyadan sonra daha da intensivləşib. Əsasən aztirajlı saytlarda yayılan bu məlumatlarda nazir korrupsiyada, dövlət əmlakını mənimsəmədə ittiham olunur, ölkədə baş böhrana səbəb olan şəxslərdən biri kimi təqdim edilir. İnformasiyaların daha çox şayiə xarakterli olması, faktlara söykənməməsi və qeyri-peşəkar hazırlanmaları da diqqət çəkir.

Məlumatlarda K.Heydərovin yaxın günlərdə “vurulacağı” da vurğulanır.

Nazirə qarşı başlanan kampaniyada hətta onun yaradıcılığı da hədəfə alınıb. Bildirilir ki, “Kamal” imzasıyla bəstələdiyi mahnıları əslində, başqaları ərsəyə gətirir.

Heydərovu hədəfə alan informasiya axınında əsas müzakirə olunan material isə bu həftənin əvvəlində sosial şəbəkələrdə yayılan video olub. Videoda K.Heydərovun Dövlət Gömrük Komitəsinə rəhbərlik etdiyi vaxt mərhum prezident Heydər Əliyev tərəfindən danlanması əks olunur:

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın