Cümə axşamı , Dekabr 2 2021
Ana səhifə / Cəmiyyət / Kəlbəcərin işğaldan azad edilməsindən 1 il ötür

Kəlbəcərin işğaldan azad edilməsindən 1 il ötür

Bu gün Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 1 il ötür.

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi.

Lakin Ermənistan tərəfi əlavə 10 gün vaxt istədi. Buna səbəb kimi ordunun və qanunsuz olaraq yerləşdirilən insanların rayondan çıxarılması göstərildi. Azərbaycan dövləti öz humanistliyini bir daha nümayiş etdirməklə Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq müddəti noyabrın 25-dək uzatdı. Beləliklə 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu işğaldan azad edildi.

Xatırladaq ki, işğalçı Ermənistan Kəlbəcər rayonunu 1993-cü il aprelin 2-də işğal etmişdi. İşğal nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 mülki sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.

Həmçinin oxuyun

Məşhur restoranda ölən şəxs Nazirlər Kabinetinin şöbə müdiri imiş

Nazirlər Kabinetinin sabiq şöbə müdiri vəfat edib. Belə ki, vaxtilə Nazirlər Kabinetinin Kənd təsərrüfatı şöbəsinin …