Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / JURNALİSTLƏR YAP-çılarla QONŞU OLUR – (Fotolar)

JURNALİSTLƏR YAP-çılarla QONŞU OLUR – (Fotolar)

2 gün əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə tikilən binadan ev alan jurnalistlər həm də tanınmış YAP-çılarla qonşu olacaqlar. Məsələ ondadır ki, jurnalistlərin binasının yaxınlığında (100-150 metrliyində) hakim partiya da öz üzvləri üçün yaşayış binası tikdirib. Xeyli sayda tanınmış YAP-çının mənzil sahibi olduğu binanın yaxın həftələrdə istifadəyə veriləcəyi gözlənilir.

Lakin jurnalistlərdən fərqli olaraq, YAP üzvləri evləri pulsuz almayıblar. Hakim partiyanın üzvlərinə evlər güzəştli əsaslarla – maya dəyərinə satılıb. Ərazidə tikilən 3 binadan birini YAP-ın sifarişi əsasında inşa edən şirkət, ordakı evləri YAP-çılara öz qiymətinə, qazanc güdmədən satıb.

“AzPolitika” dəqiqləşdirib ki, hakim partiyanın üzvləri fotolarını təqdim etdiyimiz bu yaraşıqlı, modern üslubda tikilmiş binada evləri kv metri 550 MANATDAN əldə ediblər. Evlər tam təmirli şəkildə sahiblərinə paylanacaq.
YAP-çılar üçün binanın tikintisi jurnalistlərin binasından bir xeyli sonra tikilməyə başlansa da, artıq istifadəyə tam hazırdır.

“AzPolitika”

06010203040507

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın