Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Cəmiyyət / Jurnalistlər ANS-in bağlanmasına nə deyir?

Jurnalistlər ANS-in bağlanmasına nə deyir?

ANS-in bağlanması ilə bağlı reaksiyalar səngimir. Bu dəfə həmkarlar telekanalın fəaliyyətinin dayandırılmasına münasibət bildiriblər. Politika.az-ın keçirdiyi sorğuda redaktorlar, yazarlar məsələyə mövqeyini açıqlayıb

Teref.info saytının baş redaktoru Nürəddin Xoca telekanalın bağlanmasının tərəfində deyil: “Nəinki ANS, ixtiyari bir media qurumunun bağlanmasının əleyhinəyəm. Əgər onun və ya ixtiyari bir media qurumunun hansısa qanunu pozmaq günahı varsa bunu məhkəmə bildirməlidir”.
Jurnalistlər ANS-in bağlanmasına nə deyir?
Nürəddin Xoca

İstiqlal.az-ın baş redaktoru Qadir İbrahimli bu qərarı söz və mətbuat azadlığına qarşı hesab edir. Onun fikrincə, bir müsahibə və ya informasiyaya görə media quruluşunun fəaliyyətini dayandırmaq düzgün deyil: “ANS-in bagğlanmasına qətiyyən sevinmirəm. Ən azı orada çalışan həmkarlarımın işsiz qalmasına üzülürəm. Ancaq insan nə əkirsə onu da mütləq biçməlidir”.
Jurnalistlər ANS-in bağlanmasına nə deyir?
Qadir İbrahimli

Siyasi şərhçi Azər Rəşidoğlu ANS-in bağlanmasında göstərilən səbəbi ciddiyə almağın tərəfdarı deyil: “Birincisi, jurnalistin vəzifəsi ictimai maraq kəsb edən simalarla təmas qurmaq, ondan ictimaiyyəti maraqlandıran suallara cavab almaqdır.
Jurnalistlər ANS-in bağlanmasına nə deyir?
Azər Rəşidoğlu

Bu baxımdan, Fətullah Gülən personasına son hərbi çevriliş cəhdindən sonra maraq böyükdür və odur ki, jurnalisti “niyə Güləndən müsahibə alırsan” ittihamı ilə suçlamaq absurddur.

Digər tərəfdən, Gülən barəsində, onun terrorçu olması barədə heç bir məhkəmə hökmü yoxdur. Gülənə qarşı sərt ittihamlar səsləndirilib və jurnalist ondan bu ittihamlara cavab istəyib. Bu, normaldır.

Gülən xarici ölkə telekanallarının çoxuna müsahibələr verib. Jurnalistlər üçün hazırda maraqlı personadır. ANS-in bağlanmasının yaxud aralıq müddətə bağlanmasının yəqin ki, başqa səbəbləri var. Səbəblər açıqlanmadan bu barədə şərh vermək yanlış olardı”.
Jurnalistlər ANS-in bağlanmasına nə deyir?
Zahir Əzəmət

Qaynar.info-nun baş redaktoru Zahir Əzəmət telekanalın bağlanmasına ironik reaksiya verib:
“Əslində hamısını bağlasalar yaxşıdı. Facebook və interneti də. Hər şey əski zamanlardaki kimi olsun. Bir AzTV qalsın.

Bazar günləri “Səhər görüşləri”, “Arzular” verilişi olsun. Ayaz Salayev “Retro”nu aparsın. “Günün səsi”ndə pambıqçı qızları, kök sağıçı xanımları göstərsinlər… Nə xoşbəxt imişik bir zaman, Allah”.
Jurnalistlər ANS-in bağlanmasına nə deyir?
Zülfüqar Savaş

Savash.org saytının baş redaktoru Zülfüqar Savaşı mövqeyi birmənalıdır: “Onda gərək Ben Ladendən müsahibə alanların hamısını güllələsinlər ki…”

Jurnalistlər ANS-in bağlanmasına nə deyir?
Nicat Dağlar

Azerfax.az saytının baş redaktoru Nicat Dağların fikrincə, hansısa kütləvi informasiya vasitəsinin fəaliyyəti dayanırsa, bu, xüsusən jurnalistlərin təəssüfünü doğurur: “ANS-in yayımının dayanması da sözsüz ki, arzulanmaz haldır.
Düşünmürəm ki, Azərbaycanın efir məkanı uzun müddət ANS-siz qalacaq. Çox güman müəyyən araşdırmalar aparıldıqdan və məsələlərə aydınlıq gətirildikdən sonra ANS öz fəaliyyətini bərpa edəcək”.

N.Dağlar hesab edir ki, Azərbaycanın strateji tərəfdaşı olan qardaş ölkənin axtarışa verdiyi, təşkilatını terrorçu elan etdiyi və barəsində həbs qərarı çıxarılmış şəxsə bizim efir məkanımızda yer verilməsi yaxşı hal deyil:
“Bu, hər şeydən əvvəl mənəvi məsələdir və hesab edirəm ki, Türkiyə kanallarının hansısa birində bizim terrorçu kimi tanıdığımız Qarabağdakı separatçı rejimin nümayəndələrinin müsahibəsi yayımlanarsa, buna nəinki dövlət səviyyəsində, hətta elliklə etiraz edib, qardaşlarımızı sərt şəkildə qınayarıq”.

Həmçinin oxuyun

ADU-da “Çin dili körpüsü” müsabiqəsində Əsgərova Xədicə I yerə laiq görülüb

Bakı Dövlət Universitetində (ADU) XII beynəlxalq Çin dili üzrə “Çin dili körpüsü” müsabiqənin Azərbaycan üzrə …

Bir cavab yazın