Çərşənbə , İyun 19 2019
Ana səhifə / Cəmiyyət / Jurnalistlərə yeni mənzillər nə vaxt veriləcək? – KİVDF sədri tarixi açıqladı

Jurnalistlərə yeni mənzillər nə vaxt veriləcək? – KİVDF sədri tarixi açıqladı

Azərbaycan jurnalistləri üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda tikilən ikinci binanın istifadəyə veriləcəyi tarix məlum olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli APA-ya bildirib ki, ikinci binanın mənzilləri jurnalsitlərə bu il 22 iyul – Milli Mətbuat günündə təqdim ediləcək.
Qeyd edək ki, 3 girişli, 17 mərtəbəli bina 255 mənzildən ibarətdir.
Xatırladaq ki, jurnalistlər üçün inşa edilmiş birinci bina 22 iyul 2013-cü ildə istifadəyə verilib.

Həmçinin oxuyun

İLK DƏFƏ… İKİ DƏFƏ…

Sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlanıb Bu ilin mart ayının 1-dən respublikamızda minimum əməkhaqqı …

Bir cavab yazın