Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət /  Jurnalistin atasının məhkəmə prosesi keçirilib

 Jurnalistin atasının məhkəmə prosesi keçirilib

 Bu gün “Sonolay.org” saytının baş redaktoru Ramin Məhəmmədoğlunun atası Qurbanov Məhəmməd Rəşid oğlunun Apellyasiya məhkəməsinin hazırlıq iclası keçirilib.
Hazırlıq iclasında Qurbanov Məhəmməd Rəşid oğlunun vəkili Fəxri Rüstəmov iştirak edib. Lakin ittihamı müdafiə edən prokuror məhkəmə prosesinə qatılmayıb.
Qeyd edək ki, baş redaktorun atası  Ağcabədi Rayon Məhkəməsinin 06.03.2016-ci il tarixli hökmü ilə 3 (üç) il müddətində azadlıqdan məhrum edilib. Atasının həbsini özünün juranlist fəaliyyəti ilə əlaqələndirdiyini deyən R. Məhəmmədoğlu Ağcabədi Rayon Məhkəməsinin hökmünü əsassız saydığı üçün  həmin hökmdən dərhal Apellyasiya məhkəməsinə şikayət verib.
Baş redaktor  Azinforum.az-a  bildirib ki, atasının Cinayət Məcəlləsinin 182.1-ci (hədə qorxu ilə tələb etmə) maddəsilə təqsirləndirilərək həbs olunması sifarişdir:

“Atam heç kimdən hədə qorxu ilə pul tələb etməyib. Mən bir jurnalist olaraq Ağcabədi rayon məktəblərində mənimsənilən 897 min manat dövlət vəsaitini aşkara çıxarmışam, həmin fakta görə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb. Təssüflər olsub ki, cinayət törətmiş şəxs hələ də azadlıqda gəzir, ancaq dövlətin maraqlarını qoruduğumüçün mənim atam qanunsuz olaraq həbs edilib. Belə çıxır ki,  dövlətin 897 min manat yeyinti faktının üstünü açmalı deyilmişəm? Məhz həmin korrupsiya cinayətini aşkara çıxardığım üçün, qarşı tərəfin adamları bizdən qisas alırlar, elə buna görə də ixtiyar yaşlı atamı şərləyib həbs elədilər. Atamın barəsində ibtidai istintaq zamanı toplanmış cinayət materiallarından da aydın görünür ki, toplanmış sübutlar Cinayət Prosessual qanunvericiliyinin tələbləri kobud şəkildə pozulub. İnanıram ki, bu kimi ciddi pozuntulara Apellyasiya məhkməsi obyektiv şəkildə araşdıracaq və bütün pozuntu hallarına ədələtli şəkildə qiymət verəcəkdir”.

Qeyd edək ki, Apellyasiya şikayət üzrə  növbəti məhkəmə baxışı mayın 10-na təyin edilib.

Azinforum.az

Həmçinin oxuyun

Çovdarovların “Vosmoy bazarı”na dair iddiası təmin olunmadı

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq generalı Akif Çovdarovun cinayət işi üzrə …

Bir cavab yazın