Cümə axşamı , Dekabr 2 2021
Ana səhifə / Cəmiyyət / Jurnalist Subut Mehdiyevin müəllifi olduğu kitab “Qarabağ müharibəsi qəhrəmanları” fonduna daxil olub

Jurnalist Subut Mehdiyevin müəllifi olduğu kitab “Qarabağ müharibəsi qəhrəmanları” fonduna daxil olub

Jurnalist Subut Mehdiyevin müəllifi olduğu “Zəfər tarixinin qəhrəmanları” kitabı MEK-in (Mərkəzi Elmi Kitabxana) “Qarabağ müharibəsi qəhrəmanları” fonduna daxil olub 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Qarabağ müharibəsi qəhrəmanları” fonduna yeni nəşrlər daxil olmaqda davam edir.

Bu baxımdan “Aydın Fikir” qəzetinin baş redaktoru Subut Mehdiyevin müəllifi olduğu Laçın rayonunun Minkənd kəndinin toponimi, Birinci və İkinci Qarabağ müharibəsində iştirak etmiş qəhrəmanlar, eləcə də rayonda yerləşən və erməni vandalizminə məruz qalan tarixi, dini abidələr, ziyarətgahlar haqqında məlumatların geniş şəkildə əks olunduğu “Zəfər tarixinin qəhrəmanları” adlı kitab da daxil olan nəşrlər sırasındadır.

Fonda daxil olan növbəti nəşr, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktor müavini, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasovun müəllifi olduğu “Qarabağın qara bağı” adlı kitabıdır. Kitabda, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı Qələbə nəticəsində Azərbaycan xalqının milli qürurunun özünə qayıdışından, cəmiyyətimizdə Qarabağın qara bağının kəsilib atıldığı sevincinin yaşanmasından, həmçinin işğaldan azad edilmiş torpaqların tezliklə cənnətə çevriləcəyindən bəhs edilir.


Nəşrlər sırasında Şərur rayon Aralıq kənd orta məktəbinin 8-ci sinif şagirdi Sabrina Gültəkinin müəllifi olduğu “Şəhid Vüsalın dastanı” adlı kitab da yer alıb. Kitab, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalan Azərbaycan Ordusunun mayoru Vüsal Vəliyevin əziz xatirəsinə həsr olunub.
Məlumat üçün qeyd edək ki, MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fondunda şəhid olan Vətən oğullarının doğum günlərində sərgilər də keçirilir. Həmin sərgilərdə qəhrəman şəhidlərimiz haqqında ətraflı məlumatlar, sənədlər, fotoşəkillər, şəhidlər haqqında yazılmış və onların özlərinin yazdıqları kitablar nümayiş etdirilir.

AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

Həmçinin oxuyun

Məşhur restoranda ölən şəxs Nazirlər Kabinetinin şöbə müdiri imiş

Nazirlər Kabinetinin sabiq şöbə müdiri vəfat edib. Belə ki, vaxtilə Nazirlər Kabinetinin Kənd təsərrüfatı şöbəsinin …