Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Jurnalist İlqar Qulusoy vəfat etdiyi məkanda anıldı – FOTOLAR

Jurnalist İlqar Qulusoy vəfat etdiyi məkanda anıldı – FOTOLAR

Ötən həftə qəfildən – futbol oynayarkən stadionda ürək tutmasından vəfat edən İlqar Qulusoy dünyasını dəyişməsinin yeddinci günü həmin məkanda dostları, yaxınları tərəfindən anılıb.

Anım tədbirinə qatılan şəxslər İlqarla bağlı xatirələrini bölüşüblər, onun kimi pozitiv bir insanın anidən həyatdan köçməsini həmkarımızın “son qara zarafatı” kimi qiymətləndiriblər.
Daha sonra dostları, yaxınları İlqar Qulusoyun stadionda keçindiyi yerə qərənfillər düzərək, onun ruhuna dualar oxuyublar.

Ruhu şad olsun!

Qeyd edək ki, İlqar Qulusoy 1980-ci il avqustun 31-də anadan olub. 2001-ci ildən jurnalistika fəaliyyəti ilə məşğul olurdu, eyni zamanda şairdir.

Musavat.com

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın