Bazar ertəsi , May 10 2021
Ana səhifə / Cəmiyyət / Jurnalist ictimai şuralardan danışdı: “Onları yaltaqlanmağa nə vadar edir?“

Jurnalist ictimai şuralardan danışdı: “Onları yaltaqlanmağa nə vadar edir?“

“QHT sektorundan yaxından tanıdığım şəxslərin, jurnalist həmkarlarımın müxtəlif nazirlikərin, dövlət komitələrinin, digər rəsmi qurumların yanında fəaliyyət göstərən ictimai şuralarda təmsil olunması müsbət haldır. Effektiv ictimai nəzarət mexanizminin yaradılması ölkədə açıq cəmiyyət quruculuğunu gücləndirəcək, məmur özbaşınalığına son qoyacaq və vətəndaşlara daha keyfiyyətli xidmət göstərilməsini təmin edəcəkdir”.

Bu sözləri Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə ictimai şuraların fəaliyyətinə münasibət bildirərkən deyib. O qeyd edib ki, son bir neçə ildə dövlət qurumlarının yanında ictimai şuralar mövcud olsa da, onların fəaliyyəti bir o qədər də diqqəti cəlb etmir:

“Təəssüf ki, bəzi dostlarımız ictimai şuralara iş yeri kimi baxırlar. Doğrudur, ictimai şura üzvlərinə rəsmi məvacib ödənilmir, amma Azərbaycan üçün xarakterik olan “paket” sisteminin burada da keçərli olduğu deyilir. Əgər belə deyilsə, ictimai şura üzvünü nazirə, komitə sədrinə yaltaqlanmağa nə vadar edir? Axı ictimai şuralar müvafiq qurumların fəaliyyətinə nəzarət etmək, mövcud nöqsanları göstərmək üçündür. Təəssüf ki, biz hansısa ictimai şura üzvünün ciddi bir problemi ictimailəşdirdiyinin şahidi olmamışıq”.

Seymur Verdizadə yeni yaradılan ictimai şuralarda jurnalistlərin təmsil olunmasının keyfiyyət dəyişikliyinə gətirib çıxaracağına ümid etdiyini bildirib:

“Ümid edək ki, jurnalist dostlarımız özlərinin peşə kodekstinə sadiq qalaraq təmsil olunduqları sahələrdə mövcud olan nöqsanları ictimailəşdirməkdən çəkinməyəcəklər”. 

Həmçinin oxuyun

Aqil Abbasın toyu təxirə salındı

Milli Məclisin deputatı Aqil Abbasın Ağdamda keçirilməsi nəzərdə tutulan toyu təxirə salınıb. Pravda.az-ın xəbərinə görə, …