Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Cəmiyyət / Jurnalist Famil Fərhadoğlunun namizədliyi rəsmən təsdiqləndi…

Jurnalist Famil Fərhadoğlunun namizədliyi rəsmən təsdiqləndi…

“Unikal.org” saytının əməkdaşı Famil Fərhadoğlu bu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində namzəd kimi iştirak edəcək.

Modern.az-ın məlumatına görə, jurnalistin namizədliyi 32 saylı Suraxanı 3-cü seçki dairəsindən rəsmən qeydiyyata alınıb.

F.Fərhadoğli namizəd olmağı ilə bağlı deyib: “Mənim üçün əsas amal cənab prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın ölkədə apardığı islahatlara, sosial-iqtisadi layihələrə dəstək verməkdir. Həmçinin, seçkilərdə səs toplayacağım təqdirdə seçicilərin problemlərinin həlli istiqamətində əlimdən gələni etməyə hazıram.

İmzatoplama kampaniyasında mənə dəstək olan qəsəbə sakinlərinə sonsuz təşəkkürümü bildirirəm. Dəstəyə görə də jurnalist dostlara xüsusi minnətdarlığımı bildirirəm”.

Həmçinin oxuyun

Ömrünün 8 ili məhbəsdə, qalanı Kəlbəcərsiz keçən adsız xalq şairi…

Kəlbəcər deyəndə gözümün qarşısına şəkillərdə gördüyüm füsunkar mənzərəsindən də əvvəl əsrarəngiz bir adam gəlir. Şair …