Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Jurnalist Elçin Zahiroğlu sərbəst buraxıldı

Jurnalist Elçin Zahiroğlu sərbəst buraxıldı

Bu günlərdə polis tərəfindən saxlanılan jurnalist Elçin Zahiroğlu sərbəst buraxlıb.

Bu barədə onun yaxınları sosial şəbəkədə xəbər paylaşıblar.

Xəbər verdiyimiz kimi, “BakiPost” saytının baş redaktoru Elçin Zahiroğlu iyunun 1-də səhər saatlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı.

Onun deputat Elmira Axundovanın oğlunun ərizəsi əsasında saxlandığı deyilirdi.

Bu barədə Həbib Axundov özü də mediaya açıqlamasında bildirmişdi.

Jurnalistə yaxın olan dairələr isə Həbib Axundovun yaydığı məlumatın həqiqətə uyğun olmadığını yazırdılar.

Azinforum.az

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın