Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Jurnalist Abşeron İH-nin qabağında özünü yandıracağını deyir: ” İradə Gülməmmədovanın qəbuluna buraxmaq istəmirlər”

Jurnalist Abşeron İH-nin qabağında özünü yandıracağını deyir: ” İradə Gülməmmədovanın qəbuluna buraxmaq istəmirlər”

Jurnalist Rüfət Əhmədzadə öz “Feysbuk ” səhifəsində intihar edəcəyilə bağlı anons verib. Qeyd edək ki, bir neçə gündür jurnalist Abşeron Rayon İcra Hakimiyyətinin   süründürməçiliyindən əziyyət çəkdiyini  yazır. Jurnalistin tələbi yaşadığı həyətdə ev tikmək istəməsilə bağlıdır. Azinforum.az Rüfət Əhmədzadənin yazdığı  həyacanlı statusu təqdim edir.

“Xahiş edirəm, bu statusu paylaşın və saytlara yayın. Abşeron RİH-də qərəzli süründürməçilik bitmir, məni nə dinləmək, nə də İradə Gülməmmədovanın qəbuluna buraxmaq istəmirlər. Prezidentə şikayətimdən daha da qəzəbləniblər, sanki qisas alırlar… Anlamırlar, mən hər gün işdən icazə ala bilmərəm. Belə  məmurlara görə, yeni işimdə də problem yaşayıram! Nahardan sonra başçının müavini İlham müəllimin qəbuluna gedəcəm. O da məni başından eləsə… Günün sonunda özümü Abşeron RİH-in qabağında yandıracam. Sizə Seyidəhmədin oğlu kimi söz verirəm! Artıq bezdim bu “sabah”-“birigün”lərdən. Yetim adamam, qəpik-quruşla, kreditlə material almışam… Özüm də ürək nevrozundan əziyyət çəkirəm, stresdən intihar həddinə çatmışam. Bu qədər incitməzlər axı adamı! Milyonçulara villa tikməyə icazə verirsiniz, mənə qanuni torpaq sahəmizdə ikiotaqlı daxmanın icazəsini çox görürsünüz?!”

Azinforum.az

 

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın