Cümə axşamı , Oktyabr 28 2021
Ana səhifə / Cəmiyyət / İyunda Azərbaycana gələn turistlərin sayı açıqlandı – SİYAHI

İyunda Azərbaycana gələn turistlərin sayı açıqlandı – SİYAHI

10 iyun – 3 iyul tarixləri ərzində Azərbaycana 57 min 636 turist gəlib.

Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Xarici ölkələr üzrə turist sayında ilk onluq aşağıdakı kimidir:

1. Rusiya Federasiyası – 22907 nəfər
2. Türkiyə – 15906 nəfər
3. İran – 6353 nəfər
4. Gürcüstan – 3920 nəfər
5. Ukrayna – 1637 nəfər
6. Danimarka – 1216 nəfər
7. Birləşmiş Krallıq – 698 nəfər
8. Belarus – 473 nəfər
9. İsveçrə – 434 nəfər
10. Almaniya – 401 nəfər

Qeyd edək ki, “Avro 2020” oyunlarının 4 qarşılaşması Bakıda keçirilib və bununla əlaqədar turist sayında artım qeydə alınıb. Xüsusən, Türkiyə, İsveçrə, Danimarka və Böyük Britaniyadan ölkəmizə gələnlərin sayı ötən dövrlərlə müqayisədə çox olub.

Həmçinin oxuyun

Polad Həşimovun anası Rəsulzadənin və Atatürkün məzarlarını ziyarət etdi

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə xanım Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin …