Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Cəmiyyət / İyirmi yeddi ildir doğum günü qeyd etməyən bəstəkar – FOTO

İyirmi yeddi ildir doğum günü qeyd etməyən bəstəkar – FOTO

Bu gün bir neçə müddətdir xəstəxanada olan tanınmış bəstəkar Tahir Əkbərin doğum günüdür.

Belə ki, sənətçinin 72 yaşı tamam olsa da, o, iyirmi yeddi ildir ki, 20 yanvar hadisələri ilə əlaqədar olaraq doğum gününü qeyd etmir.

Bu barədə sənətçinin qızı Bəhriyə sosial media hesabında yazaraq atası ilə bağlı arzularını dilə gətirib:

“Ata, 20 yanvar sənin günündür. Səni həyatda həmişə gülərüz görmək istəyirəm. Ayaq üstdə duran günü isə ikinci ad günün olacaq ümidilə gözləyirəm, ata. Çünki sən 27 ildir ad gününü qeyd etmirsən. Sənə həyatda ən gözəl nemət olan can sağlığı arzu edirəm”.

Qeyd edək ki, Tahir Əkbərin müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Həmçinin oxuyun

AMEA-da struktur dəyişiklikləri olub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda Elmi Şuranın iclası keçirilib. Akademiyadan “Report”a verilən məlumata görə, …