Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Cəmiyyət / “İvanovka şor”un içindən tramodol çıxdı

“İvanovka şor”un içindən tramodol çıxdı

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinə əsasən təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Məmmədov Vüsal Əlövsət oğlunun yanına qısa müddətli görüşə gəlmiş qohumu Qaniyev Bayram Məmmədağa oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman 400 qr həcmində üzərində “İvanovka şor” yazılmış plastik qabda olan şorun içərisinə tramodol preparatının qatışdırılması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

“Ali Baş Komandan və xanımı isti nəfəsi ilə Ağdamın qanayan yarasına sığal çəkdi…”

“Ali Baş Komandanımızın doğma Qarabağın dilbər guşəsi və işğala məruz qaldığı gündən “Ruhlar şəhəri” adlandırdığımız …