Cümə axşamı , Sentyabr 21 2023
Ana səhifə / Cəmiyyət / İtkin düşən Milli Qəhrəman Riad Əhmədovun taleyi müəyyənləşib

İtkin düşən Milli Qəhrəman Riad Əhmədovun taleyi müəyyənləşib

Bu konfrans ərəfəsində biz 9 hərbçi, bir nəfəri mülki şəxs olmaqla daha 10 vətəndaşımızın meyit qalıqlarının eyniləşdirilməsinə nail olmuşuq.
Bu sözləri “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev deyib.

“Onların sırasından bizim əməkdaşımız olmuş Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun barəsində sizə ətraflı məlumat vermək istəyirəm. O, uzun müddət peşəkar zabit kimi təhlükəsizlik orqanlarında çalışmış, 1989-cu ildə erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başladığı vaxtdan etibarən Riad Əhmədov bütün bacarığını Milli Ordunun yaradılmasına sərf etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Riad Əhmədov 1992-ci il yanvarın 26-sında rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb.

Məzar yerlərinin müəyyən olunması, qazıntı, ekshumasiya və eyniləşdirmənin aparılmasında səy göstərmiş İşçi qrupunun və Dövlət Komissiyasında təmsil olunan qurumların mütəxəssis heyətinin fəaliyyəti təqdirəlayiqdir. Otuz il əvvəl itkin düşmüş vətəndaşlarımızın, o cümlədən “Azərbaycanın Milli Qəhrəmanı” Riad Əhmədovun taleyinin aydınlaşması ciddi ictimai hadisədir. Bu sahədə çalışan bütün heyətimizə uğurlar diləyir, onlardan yeni nəticələr gözləyirik”, – deyə Ə.Nağıyev qeyd edib.

Həmçinin oxuyun

2024-cü ilin büdcəsində müdafiə xərcləri nə qədər olacaq?

Azərbaycan hökuməti 2024-cü il dövlət büdcəsində müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə 6,421 mlrd. manat (indiki məzənnə …