Cümə axşamı , Oktyabr 1 2020
Ana səhifə / Cəmiyyət / İstismarı qadağan edilmiş avtomobillər Azərbaycana idxal oluna bilərmi – ŞƏRH

İstismarı qadağan edilmiş avtomobillər Azərbaycana idxal oluna bilərmi – ŞƏRH

Rusiya Dövlət Duması köhnə nəqliyyat vasitələrinin istismarının qadağan edilməsini təklif edib. Sözügedən təklifdə hansı avtomobillərə sanksiyalar tətbiq ediləcəyi dəqiqləşdirilməyib.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a deyir ki, Rusiyada belə bir prosesin getdiyi məqamda bu məsələni xüsusi nəzarətdə saxlamaq lazımdır:

“Biz Rusiyada avtomobillərin hansı meyarlar əsasında dövriyyədən çıxarılacağını bilməliyik. Çünki, burada iki meyar tətbiq oluna bilər. Birincisi, avtomobilin istehsal ili, ikincisi isə istismara yararsızlığı əsas götürülə bilər. Biz birinci meyarla bağlı müəyyən mənada özümüzü sığortalaya bilmişik. İstənilən halda bizim əlimizdə müəyyən vasitələr var. Prosesi nəzarətdə saxlaya bilsək, istismarı qadağan edilmiş avtomobillərin ölkəyə idxalının qarşısını ala bilərik”.

Həmçinin oxuyun

“Anam qohumlarını təbrik edir, uşaq kimi sevinir” – Nəzakət Teymurova

“87 yaşlı anam zəng edib qohumlarımızı kəndlərin geri alınması münasibəti ilə təbrik edir. Onun bu …