Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / İstanbulu yeni il gecəsi qana bulayan tutuldu – Video

İstanbulu yeni il gecəsi qana bulayan tutuldu – Video

Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə İstanbulda “Reina” gecə klubunda terror törədən özbək əsilli, Əbu Məhəmməd Horasani kod adlı Əbdülqədir Maşaripov, nəhayət, tutulub.

“ Azinforum.az ” “Posta” qəzetinə istinadən xəbər verir ki, terrorçu İstanbulda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində Esenyurt vilayətində 4 yaşlı oğlu ilə birlikdə yaxalanıb.

Qeyd edək ki, Ə. Maşaripov hücumdan sonra oğlunu da götürərək qaçıb.

Xatırladaq ki, “Reina”da törədilmiş terror aktı nəticəsində 39 nəfər ölmüş, 66 nəfər isə yaralanmışdı.

***

“Posta” xəbər verir ki, İŞİD hücrəsinə edilən hücum nəticəsində Ə. Maşaripovla birlikdə daha 4 nəfər saxlanılıb. Onlardan 1-nin qırğız əsilli kişi, digər 3-nün qadın olduğu bildirilir.

***

“Milliyet”in məlumatına görə, terrorçunun qaldığı ev qırğız əsilli dostuna məxsus olub və o, ora 3 gün öncə gedib.

 

İstanbulu yeni il gecəsi qana bulayan tutuldu -  Video + Yenilənib
İstanbulu yeni il gecəsi qana bulayan tutuldu -  Video + Yenilənib
İstanbulu yeni il gecəsi qana bulayan tutuldu -  Video + Yenilənib

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın