Şənbə , Avqust 20 2022
Ana səhifə / Cəmiyyət / “İşsizlikdən aktyorlar toylarda tamadalıq edirlər“ – Rasim Balayev

“İşsizlikdən aktyorlar toylarda tamadalıq edirlər“ – Rasim Balayev

“Xəzər TV”-də yayımlanan “Komedixana” yumoristik verilişini sərt tənqid edən deputat Etibar Əliyevin sözləri böyük səs-küyə səbəb oldu.

Bu müzakirədə insanlar iki yerə bölündü. Komediya janrında fəaliyyət göstərən sənətçilər cəmiyyətin bir qismi tərəfindən bəyənilsə də, digər bir qisim onların işini qınadı. Çoxları yeni nəsil komediyaçıları bayağı mövzular seçməkdə günahlandırdı.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Rasim Balayev bu məsələdə gənc aktyorlarda günah görmədiyini deyib:

“Vallah, açığı mən burada aktyorlarda günah görmürəm. Məsələyə bir az geniş baxmaq lazımdır. Axı həmin səhnəciklərin ərsəyə gəlməsində ssenaristlərin, rejissorların əməyi var. Bu mövzuda aktyorların o qədər də səhvi yoxdur. Əsas olan ssenarini yazandır. Bilirsiniz, bu gün qeyri-peşəkar adamlar elə ağızlarına nə gəldi yazırlar. Buna aktyor nə etsin? Gərək yaxşı material olsun ki, aktyor da həmin rolu canlandıra bilsin. Bunlar bir-biri ilə bağlıdır. Ssenari zəif olanda nəticə də bu cür olur. Bu gün aktyorlar özləri özlərinin rejissoru olur, bu da nəticəsi…”

Xalq artisti gənc həmkarlarının maddi vəziyyətə görə hər layihədə çəkilməyə məcbur olduqlarını bildirib:

“Aktyorlara “hər verilən ssenarini oynamasın” deyənlər var. Neyləsin? O boyda İncəsənət universitetini bitirib, bu aktyor işləməlidir. Kino çəkilişi yox, maraqlı layihə yox, bəs necə olsun? Bu aktyor sənətini haradasa işlətməlidir, ya yox?! Teatrlara da maaşa görə hamısı gedə bilmir. Məcbur olub ora-bura gedir, istəmədikləri layihələrdə iştirak edib, istəmədikləri rolları oynayırlar. Hətta toylara tamada kimi gedirlər, bütün bunları nəzərə almaq lazımdır. Məsələnin maddi tərəfləri də var”.

Həmçinin oxuyun

“Kəmaləddin Heydərov orada tüstü çıxırsa, mütləq o ocağı söndürməlidir”

“İşdə məhəbbət macərası deyim, yoxsa biabırçılıq, bilmirəm… Hər halda, heç bir müəssisə belə şeydən sığortalanmayıb. …