Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Cəmiyyət / İsraildə Azərbaycan səfirliyinin açılması həlledici fazaya keçir…

İsraildə Azərbaycan səfirliyinin açılması həlledici fazaya keçir…

İsrail Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 25-də tanıyıb. Diplomatik münasibətlər 1992-ci il aprelin 6-da qurulub. Amma hələ də İsraildə Azərbaycan səfirliyi yoxdur.
İsrailin Azərbaycanda səfirliyi var, çox da uğurlu fəaliyyət göstərir. Digər önəmli məqam Azərbaycanın İsraillə strateji tərəfdaş olmasıdır. Azərbaycan İsrailə böyük həcmdə neft satır. Bakı Qərbdən ala bilmədiyi müasir silahları məhz İsraildən alır. Beynəlxalq məsələlərdə zaman-zaman İsrailin dəstəyini görürük. Bu amillər Azərbaycanın İsraildə səfirlik açmasını zəruri edir. Buna ehtiyacın olması barədə politoloqlar nə düşünür?
Politoloq Qabil Hüseynlinin fikrincə, bəziləri hesab edir ki, Azərbaycan İsraildə səfirlik açsa, İran və ərəb ölkələri ilə münasibətlər mənfiyə doğru gedər: “Amma düşünmürəm ki, bu doğru arqumentdir. Çünki bəzi ərəb ölkələrinin İsraildə səfirlikləri var. Misiri, İordaniyanı misal göstərə bilərik.
İrana gəlincə, bu ölkə Ermənistanla strateji tərəfdaşdır. Ermənistanın özünün İsraildə səfirliyi var. Yəni İran hansı arqumentlə bizə deyə bilər ki, İsraildə səfirlik açma?
Fikrimcə, strateji əməkdaşlıq baxımından İsraildə Azərbaycan səfirliyinin açılması zəruridir. Bu, iki ölkə arasında tərəfdaşlığı daha da yüksək səviyyəyə qaldıra bilər.
Ən çox İran İslam Respublikasına və bəzi ərəb ölkələrinə görə Azərbaycan bu addımı atmır. Başqa siyasi səbəb yoxdur. İsraildə səfirliyin açılması Azərbaycana ziyan yox, xeyir gətirə bilər”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Daşaltı: 29 ildən sonra baş tutan qisas — VİDEO

Baku TV-də yayımlanan “Qarabağ xronikası” verilişinin dördüncü buraxılışı efirə gedib. Verilişin aparıcısı, hərbi jurnalist Fərdin …

Bir cavab yazın