Cümə , Aprel 19 2024
Ana səhifə / İSMAYIL AĞAYEVDƏN ZAKİR FƏRƏCOVA SƏRT İTTİHAM: “BU AYRISEÇKİLİYƏ SON QOYULMALIDIR!”

İSMAYIL AĞAYEVDƏN ZAKİR FƏRƏCOVA SƏRT İTTİHAM: “BU AYRISEÇKİLİYƏ SON QOYULMALIDIR!”

Azinforum.az xəbər verir ki, Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev Sumqayıtın icra başçısı Zakir Fərəcovun ünvanına sərt ittihamlar səsləndirib. İsmayıl Ağayev öz Feysbuq hesabında yazıb ki, Zakir Fərəcov rəhbərlik etdiyi şəhərdə əslən Qərbi Azərbaycandan olan kadrlara qarşı total hücum kampaniyasına başlayıb. Diaspor təşkilatının rəhbəri Zakir Fərəcovdan bu kampaniyanı durdurmağı xahiş edir və sonda fikirini belə bir cümlə ilə tamamlayır: “Əziz həmyerlilər, biz mütləq öz doğulduğumuz torpaqlara qayıtmalıyıq, ancaq Zəngəzura  və Dərələyəzə getməyin yolu Lacın və Qubatlıdan kecir”.

 

is

Göründüyü kimi, İsmayıl Ağayev Zakir Fərəcova hansısa məqamlarla bağlı gizli mesaj verir. Amma nədənsə, konkret faktları açıqlamır. Azinforum.az İsmayıla Ağayevlə əlaqə saxlayıb və konkret olaraq kimlərin işdən çıxarıldığı ilə maraqlanıb. O, bildirib ki, bu günlərdə hamısını açıqlayacaq.

Səsələnən ittihamlarla bağlı Zakir Fərəcovun da fikirlərini dinləməyə hazırıq.

R.ƏLİ

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …

Bir cavab yazın