Şənbə , Noyabr 28 2020
Ana səhifə / Cəmiyyət / İslam peyğəmbərinin mövludu qeyd edilib – FOTOLAR

İslam peyğəmbərinin mövludu qeyd edilib – FOTOLAR

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçığı ilə Bakıda Muhamməd peyğəmbərin ( s.a.s) mübarək doğum həftəsi münasibətilə tədbir keçirilib. Birlikdən verilən məlumata görə, tədbirdə ilk olaraq, şəhidlər anılıb.

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli çıxış edərək bildirib ki, əsrlərdir müsəlman dünyası yaradılmışların ən əşrəflisi olan əziz İslam peyğəmbərinin mübarək doğum gününü vəhdət həftəsi olaraq qeyd edirlər: “Azərbaycan xalqı da yüz illərdir ki, peyğəmbərimizə, onun sevgili ev xalqına öz sevgi və ehtiramını göstərməkdədir. Ölkəmizdə birlik və bərabərliyimizin, dini mühitmizdə hökm sürən tolerant münasibətlərin mühafizə olunmasında peyğəmbər və onun əhli-beytinin mənəvi dərsləri danılmazdı. Qürurverici haldır ki, vətənimizdə mənəvi dəyərlərimizin həqiqi müdafiəçisi Azəərbaycan dövlətidir”.
Tədbirdə şəhidlərimizin pak ruhuna müqəddəs kitabımız olan Qurani-Kərimdən ayələr oxunub. İslam peyğəmbərini (s.a.s) vəsf edən ilahilər səslənib. Şəhidlərimizin əziz ruhuna ehsan süfrəsi təşkil olunub. Tədbirdə ölkənin bir qrup fəal xanımları iştirak edib.
Sonda təşkilatın sədri S.Əzimbəyli mübarək doğum həftəsi münasibətilə keçirdikləri tədbirlərə verdiyi xeyirsevər dəstəyə görə “Ovqat-AB” şirkətinə öz təşəkkürünü bildirib.
 

Həmçinin oxuyun

NATO-nun Baş Qərargah rəisi ordumuzun əks-hücum əməliyyatını örnək göstərir

“Sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq əks-həmlə əməliyyatına, Vətən Müharibəsinə başladı. …