Bazar , Oktyabr 25 2020
Ana səhifə / Cəmiyyət / İşgəncələrə Qarşı Azərbaycan Komitəsi 8 rayonun Polis Şöbəsində monitorinq keçirib

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi 8 rayonun Polis Şöbəsində monitorinq keçirib

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, müavini Elçin Şirinov və ekspert Qartal Hüseynov Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayon Polis Şöbələrində monitorinq keçiriblər.

Bu barədə APA-ya Komitə sədrinin müavini E. Şirinov məlumat verib.

O bildirib ki, monitorinqin keçirilməsində məqsəd saxlanma şəraiti, onlara qarşı rəftarı öyrənmək olub.

O qeyd edib ki, polis şöbələrində saxlanılan şəxslərin çoxu inzibati həbs cəzası alan şəxslər olub: “Əksəriyyəti xırda talama və aliment verə bilmədiyi üçün inzibati qaydada saxlanılan şəxslər idi. Onların saxlanma şəraitindən heç bir şikayətləri olmadı”.

Həmçinin oxuyun

“General Həzi Aslanov” tankeri yedəklə limana çəkilib

Azov dənizindəki partlayış nəticəsində zərər görən “General Həzi Aslanov” tankeri “Kavkaz” limanı ərazisindəki lövbərə aparılıb.“RİA …