Ana səhifə / Cəmiyyət / İşdən çıxarıldığı deyilən nazirdən yeni xəbər

İşdən çıxarıldığı deyilən nazirdən yeni xəbər

Vəzifəsindən azad olunduğu deyilən mədəniyyət naziri Anar Kərimovdan yeni xəbər var.

Mədəniyyət Nazirliyi onunla bağlı mətbuata məlumat yayıb. 

Məlumatda bildirilib ki, nazir Kərimov bu gün Azərbaycanın tanınmış və istedadlı heykəltəraşı, Xalq rəssamı Ömər Eldarovla görüş keçirib. Görüş görkəmli rəssamın 95 illik yubileyi münasibətilə təşkil olunub. 

Qeyd edək ki, bu gün mətbuatda mədəniyyət naziri Anar Kərimovun işdən çıxarılması barədə xəbərlər yayılıb. Nazirin fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edildiyi, yaxın vaxtlarda bununla bağlı rəsmi qərarın elan olunacağı diqqətə çatdırılıb. Lakin A.Kərimovun işdən çıxarılıb-çıxarılmaması barədə iddialara nazirlik münasibət bildirməkdən yayınıb və bununla bağlı rəsmi mövqe öyrənmək mümkün olmayıb.

Xatırladaq ki, Anar Kərimov Azərbaycan Prezidentinin 5 yanvar 2021-ci il tarixli sərəncamı ilə mədəniyyət naziri vəzifəsinə təyin edilib. İndiyədək fəaliyyətilə diqqət çəkə bilməyən nazir dəfələrlə tənqidlərə tuş gəlib və bir neçə dəfə onun postundan uzaqlaşdırılması ilə bağlı təkliflər səsləndirilib.

Həmçinin oxuyun

Şəhid ataları PA-da: Şahmar Mövsümovla görüş təyin olundu – VİDEO

Xəbər verdiyimiz kimi, dünən Yardımlıdan olan bir qrup şəhid atası və yaxınları millət vəkili Sabir Rüstəmxanlı …