Ana səhifə / Cəmiyyət / İşdən çıxarılan polkovnik Gömrük Komitəsini məhkəməyə verdi

İşdən çıxarılan polkovnik Gömrük Komitəsini məhkəməyə verdi

Dövlət Gömrük Komitəsinin sabiq vəzifəli şəxsi qurum barəsində məhkəmə iddiası qaldırıb.
Məhkəmə iddiası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin keçmiş rəisi, gömrük xidməti polkovniki Rafiq Cəlal oğlu Fətullayev tərəfindən irəli sürülüb.
Məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Orucovanın icraatına verilib.
İddia əmək məsələləri üzrə mübahisələrlə əlaqədar qaldırılıb. Polkovnik Rafiq Fətullayev Komitədən onu işə bərpa etməsini tələb edir.
Məlumat üçün bildirək ki, ötən ilin aprel ayında mətbuatda Rafiq Fətullayevin nöqsanlara görə işdən azad olunduğu barədə məlumatlar yayılıb.
Yayılan məlumatlarda həmçinin qeyd olunur ki, əslən Babak rayonun Nehrəm kəndindən olan Rafiq Fətullayevin Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevlə qohumluq əlaqələri var.

Həmçinin oxuyun

Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb

Milli Məclisin sabiq sədri və hazırda millət vəkili olan Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovaya …