Şənbə , May 25 2019
Ana səhifə / Cəmiyyət / İşdən çıxarılan general danışdı: “Heç bir problem yoxdur”

İşdən çıxarılan general danışdı: “Heç bir problem yoxdur”

Bəzi mətbu orqanlarda işdən çıxarılan keçmiş nazirlərin, komitə və xidmət rəislərinin istintaqa cəlb ediləcəyi, sabiq məmurlar üçün həbs təhlükəsinin yarandığı ilə bağlı informasiyalar dərc edilir. Bu sırada Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-mayor Firudin Nəbiyevin də adı çəkilir.

Azinforum.az-ın xəbərinə görə, azxeber.com yayılan məlumatlara aydınlıq gətirmək üçün sabiq xidmət rəisinin özünə müraciət edib.

Portalımıza danışan Firudin Nəbiyev bildirib ki, bu barədə onda heç bir məlumat yoxdur: “Kim deyir ki, məni həbs ediblər?! Bu xəbərləri yayanlar kimlərdisə, gedin onlardan soruşun bu informasiyanı hardan alıblar? Çox təəssüf ki, bəzi mətbuat orqanlarında bu cür əsassız, heç bir həqiqət yükü olmayan informasiyalar vaxtaşırı olaraq dərc edilir”.

Hazırda istirahət etdiyini deyən sabiq xidmət rəhbəri söylədi ki, bu kimi dezinformasiyalara önəm vermək lazım deyil: “Hər şey qaydasındadır. Evimdəyəm, zamanımın çoxunu istirahətə ayırıram. Heç bir problem yoxdur”.

Həmçinin oxuyun

Ötən il Azərbaycandan Gürcüstana 1,81 milyon turist gedib

Ötən il Gürcüstana ən çox turist 1,81 milyon nəfər olmaqla Azərbaycandan səfər edib. “Report”un yerli …