Bazar ertəsi , May 10 2021
Ana səhifə / Cəmiyyət / İşdən çıxarılan daha bir direktor Ramiz Mehdiyevi məhkəməyə verdi

İşdən çıxarılan daha bir direktor Ramiz Mehdiyevi məhkəməyə verdi

İşdən çıxarılan daha bir direktor AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevi məhkəməyə verib.
Unikal.org-un məlumatına görə, AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) keçmiş direktoru Zülfüqarova Sevil Kamil qızı Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edib. O, işə bərpa olunmasını tələb edir. İcraata götürülən məhkəmə prosesə hakim Mədinə Bağırova sədrlik edəcək.
Qeyd edək ki, AMEA Rəyasət Heyətinin 20 noyabr 2020-ci il tarixində keçirilən iclasında yekdilliklə qəbul edilmiş qərara əsasən ilk növbədə işində yol verdiyi ciddi nöqsanlar, həmçinin cəmiyyətdə tanınan şəxslərin məqalələrini mənimsəyərək öz imzası ilə təqdim etdiyi nəzərə alınmaqla AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru S.Zülfüqarova  tutduğu vəzifəsindən azad edilib.

Həmçinin oxuyun

Aqil Abbasın toyu təxirə salındı

Milli Məclisin deputatı Aqil Abbasın Ağdamda keçirilməsi nəzərdə tutulan toyu təxirə salınıb. Pravda.az-ın xəbərinə görə, …