Şənbə , İyun 10 2023
Ana səhifə / Cəmiyyət / İşdən çıxarılan axund dini komitəni məhkəməyə verdi

İşdən çıxarılan axund dini komitəni məhkəməyə verdi

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi məhkəməyə verilib. 
İddiaçı Abbasov Tahir Əhməd oğludur. 
İddiaya Bakı İnzibati Məhkəməsinin hakimi Aygün Abdullayevanın sədrliyi ilə baxılacaq. İşin mahiyyəti əmək məsələləri üzrə mübahisələrdir. Tahir Abbasov işə bərpa olunmasını tələb edir.

Araşdırmalarımız zamanı məlum olub ki, Tahir Abbasov Mehidabad qəsəbəsində fəaliyyət göstərən məscidin axundu olub. O, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) veb-səhifəsində də Mehdiabad qəsəbəsinin axundu kimi təqdim edilib. Məlumata görə, bir müddət əvvəl tutduğu vəzifədən azad edilib. 
Tahir Abbasov işdən çıxarılmasını əsassız hesab etdiyinə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məhkəməyə verib. 
Azərbaycanda axund təyinatı QMİ tərəfindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırılmış şəkildə həyata keçirilir. Qaynarinfo 

Həmçinin oxuyun

Orxan Fikrətoğlu mədəniyyət nazirinin müşaviri təyin edildi

Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzinin rəhbəri Orxan Sadıqov (Fikrətoğlu) vəzifəsindən azad edilib.Agentlikdən Azinforum.az -a bildirilib ki, …