Bazar , Sentyabr 23 2018
Ana səhifə / Cəmiyyət / İşdən azad edilən direktor və müəllimlərin sayı açıqlandı

İşdən azad edilən direktor və müəllimlərin sayı açıqlandı

“2017/2018-ci tədris ilində aparılan monitorinqlər nəticəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 1 əməkdaşı, 10 təhsil müəssisəsinin rəhbəri, 20 direktor müavini, 9 müəllim, 1 kitabxana müdiri işindən azad edilib”.
Bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri, nazir müavini Məhəbbət Vəliyeva deyib.
Onun sözlərinə görə, bununla yanaşı BŞTİ-nin 2 əməkdaşı, 18 təhsil müəssisəsi rəhbəri, 32 direktor müavini, 54 müəllim, BŞTİ struktur bölmələrinin 6 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib:
“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin struktur bölmələrinin  30 əməkdaşı, 27 təhsil müəssisəsinin rəhbəri, 11 direktor müavini, 40 müəllimə xəbərdarlıq edilib.
Görülmüş tədbirlər nəticəsində 58474 manat məbləğində vəsaitin dövblət büdcəsinə qaytarılması təmin edilib”.(Qafqazinfo)

Həmçinin oxuyun

Dərs zamanı filalogiya üzrə fəlsəfə doktorunun ürəyi dayandı

Tənqidçi-esseist, filalogiya üzrə fəlsəfə doktoru, Yazıçılar Birliyinin üzvü Sabir Bəşirov vəfat edib. Azinforum.az BakuPost-a istinadən …