Şənbə , Fevral 27 2021
Ana səhifə / Cəmiyyət / İSBAM möhtəşəm tədbir keçirdi – FOTOLAR

İSBAM möhtəşəm tədbir keçirdi – FOTOLAR

ISBAM “Zəfər Media Mükafatı”nin təqdimatını keçirdi. Qarabağ bölgəsində çalışan bir qrup media nümayəndəsi Vətən müharibəsinin informasiya cəbhəsində göstərdiyi səmərəli fəaliyyətə görə İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin təsis etdiyi “Zəfər Media Mükafatı” ilə təltif olunub.

Bu münasibətlə Ağdam rayonunun Quzanlı qəsəbəsində pandemiya şəraitinin tələblərinə uyğun olaraq tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ağdam rayonunun girişindəki Şəhidlər Abidə Kompleksini, Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanını və ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər qoyublar. Ağdam Dövlət Dram Teatrında keçirilən tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra media nümayəndələrinin Vətən müharibəsi dövründəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli çıxış edərək, 44 günlük Vətən müharibəsindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərində şanlı qələbə qazanaraq 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etməsindən danışıblar. Bildirilib ki, Vətən müharibəsində xalqımız bir yumruq kimi birləşdi, hər kəs öz vəzifəsini layiqincə yerinə yetirmək üçün səfərbər oldu. Azərbaycan həm döyüş meydanında, həm informasiya müharibəsində qalib gəldi. Vətən müharibəsində media nümayəndələri də çətin və təhlükəli şəraitdə çalışaraq həm ölkə, həm də dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynadılar.

Televiziyaların, elektron media orqanlarının nümayəndələri birbaşa hadisə yerindən informasiyalar foto və videolar yayımladılar, xalqımızı, dünyanı məlumatla təmin etdilər. Media nümayəndələri tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirib, Qarabağ bölgəsindəki fəaliyyətlərindən söz açıblar. Bildirilib ki, Qarabağ üzrə bölgə müxbirləri təkcə 44 günlük Vətən müharibəsi dövründə deyil, atəşkəs dövründə də informasiya müharibəsinin cəbhəsində gərgin çalışıb, ermənilərin təxribatları, yaşayış məntəqələrimizin atəşə tutulması, regionun sosial-iqtisadi həyatı, Qarabağın tarixi, mədəniyyəti ilə bağlı informasiyalar, reportajlar hazırlayıblar. Bundan sonra isə xalqımızı işğaldan azad olunmuş torpaqlarımızdan müxtəlif istiqamətli informasiyalar, o cümlədən həyata keçirilən inkişaf, bərpa-quruculuqla bağlı məlumatlandıracaqlar. ISBAM sədri Samir Adigozelli tədbirdə daha sonra bildirib ki, “Zəfər Media Mükafatı”na Naxçıvan televiziyasının əməkdaşları və digər media mənsubları da layiq görülüb. Onlara növbəti mərasimdə mükafatlar təqdim olunacaq. Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli də iştirak edib.

Azinforum.az

Həmçinin oxuyun

İctimai-siyasi xadimlər koronavirusa qarşı peyvənd olundu – VİDEO

Bu gün 2 nömrəli Şəhər Kliniki Xəstəxanasında siyasi partiyaların rəhbərləri, millət vəkilləri, ictimai-siyasi xadimlər, politoloqlar, …