Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Cəmiyyət / İsa Qəmbəri müalicə edən həkim danışdı:”Səhhətində böhran yoxdur”

İsa Qəmbəri müalicə edən həkim danışdı:”Səhhətində böhran yoxdur”

Azərbaycanın sabiq spikeri, Musavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin səhhəti ilə bağlı həkimi açıqlama verib.

Tanınmış kardioloq Firdovsi İbrahimov Musavat.com-a açıqlamasında İsa Qəmbərin müalicəsinin ümumi halda yaxşı getdiyini deyib: “Səhhətində böhran yoxdur, pasiyentin səhhətinə həkimlər tərəfindən davamlı nəzarət var”.

Doktor İbrahimov bildirib ki, onun müalicəsi davam edəcək.

Sayt bildirir ki, artıq İsa Qəmbəri dostlarının bir qismi ziyarət edib. Onların arasında sabiq baş nazir Pənah Hüseyn, sabiq millət vəkili Arzu Səmədbəyli, sabiq daxili işlər naziri İskəndər Həmidov, hüquq müdafiəçisi Novella Cəfəroğlu da var. Mərkəzi Klinik xəstəxananın gözləmə zalında isə İsa bəyin səhhəti ilə maraqlanan onlarla vətəndaş yığışıb.

İsa Qəmbəri ziyarət edən dostlarından biri kimi Pənah Hüseyn sayta deyib ki, başqanı görənə qədər çox narahat idik: “Şükürlər olsun ki, onu çox yaxşı gördük, yanında Arzu bəylə bərabər 1 saata yaxın olduq, ən az onun səhhətindən danışdıq. Başqan 1-2 günə, inşallah, çıxar”.

Həmçinin oxuyun

Məktəblər ikinci yarımilin əvvəlində açılacaqmı? – AÇIQLAMA

Bu gün təhsil prosesində təmsil olunan hər kəsi məktəblərdə və universitetlərdə ənənəvi təhsil formasının sərt …