Şənbə , Oktyabr 23 2021
Ana səhifə / Cəmiyyət / İsa Qəmbərdən ÇAĞIRIŞ

İsa Qəmbərdən ÇAĞIRIŞ

“Düz bir il əvvəl bu gün – 2020-ci il 11 martda COVİD-19 bəlasınınn bütün dünyaya yaylıb pandemiyaya çevrildiyi elan edildi. Ötən müddətdə planetimizdə 118 milyon 470 mindən çox insan bu xəstəliyə yoluxub, 2 milyon 627 mindən çox insan ölüb, 21 milyon 846 mindən çox insan hazırda xəstə sayılır. Azərbaycanda bu günə qədər rəsmi rəqəmlərə görə 237 min 735 yoluxan, 3257 ölən, 4402 aktiv xəstə var. Yəni ölkəmizdə bu virusdan ölənlərin sayı Vətən Müharibəsi şəhidlərinin sayından çoxdur”.

Bunu Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər deyib.

“Kim nə deyir, desin, bu bəladan qurtarmağın yeganə yolu kütləvi peyvənd olunmaqdan keçir. Özünüzü, yaxınlarınızı, xalqımızı, bəşəriyyəti qorumaq üçün maska, sosial məsafə və digər vacib qaydalara əməl etməklə yanaşı ilk imkanda vaksinlənin” – İ.Qəmbər qeyd edib.

Həmçinin oxuyun

İlham Əliyev və Mehriban Əliyeva Canəli Əkbərovun dəfn mərasiminə əklil göndərdi – Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Canəli Əkbərovun dəfn …