Cümə , Fevral 3 2023
Ana səhifə / Cəmiyyət / İsa Həbibbəylinin oğlunun obyekti bağlandı

İsa Həbibbəylinin oğlunun obyekti bağlandı

Naxçıvan Muxtar Respublikasının keçmiş Gömrük Komitəsinin keçmiş rəhbəri Səhət Həbibbəyliyə məxsus “Danyeri” super marketinin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Buna səbəb kimi isə vergidənyayınma göstərilib.

Qeyd edək ki, DTX-nin Naxçıvan Gömrük Komitəsində apardığı antikorrupsiya əməliyyat zamanı 132 milyonluq yeyinti aşkarlandığı üçün qurum ləğv edilib və onun əsasında mərkəzə tabe olan Baş İdarə yaradılıb.

Səhət Həbibbəyli isə avtomatik olaraq vəzifəsini itirib. Naxçıvan Gömrük Baş İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Vüqar İsmayıl oğlu Əliyevə tapşırılıb. V.Əliyev Bakıdan göndərilib.

Səhət Həbibbəyli AMEA prezidenti İsa Həbibbəylinin oğludur./Axar.az

Həmçinin oxuyun

Zakir Qaralov 5 min manat pensiya alır

Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralovun aldığı pensiya məbləği bəlli olub. Bu barədə Gununsesi.info-nun araşdırmazı …