Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Cəmiyyət / İş adamının “məhəbbət üçbucağı”

İş adamının “məhəbbət üçbucağı”

Tərlan Hənifəyevin iki arvadı hava limanında əlbəyaxa oldu, üçüncü arvad isə hər ikisini təhdid etdi

Redaksiyamıza daxil olan müraciətlərdə ailə-məişət zəminində baş verən münaqişələrə dair açıqlamalara az-az olsa da, rast gəlinir. Amma dünən bizə müraciət etmiş Ruhəngiz Almamedovanın danışdıqları etiraf edək ki, həqiqətən nadir hallarda rast gəlinən insidentdir. Ruhəngiz xanımın dediyinə görə, o, artıq on ildir ki, Tərlan Hənifəyev adlı bir şəxslə kəbinli nigahda yaşayır. Bundan başqa isə, Tərlan Hənifəyevin qanuni nigahda olduğu Vüsalə adlı daha bir xanımı və vətəndaş nigahında yaşadığı Fərqanə adlı üçüncü həyat yoldaşı da var. Təbii ki, Tərlan Hənifəyevin özü üçün qurduğu bu “məhəbbət üçbucağı”nda keçən həyatı müxtəlif insidentlərsiz ötüşmür. Onun qanuni həyat yoldaşı isə, digər iki arvaddan yalnız birinin, məhz Ruhəngiz Almamedovanın varlığından xəbərdardır. Amma, aralarında olan ünsiyyətdən istifadə edən Ruhəngiz digər arvadın, yəni Fərqanənin də varlığını və hətta onun Tərlandan uşağı olduğunu da Vüsalə xanıma xəbər verir. Tərlan isə, bunu inkar edərək bəyan edir ki, Ruhəngiz yalan uydurmalarla onu qanuni həyat yoldaşından ayırmaq istəyir. Öz dediklərinin həqiqət olduğunu isbatlamaq üçün isə, Ruhəngiz xanım dəlillər əldə etmək qərarına gəlir. Bir müddət əvvəl Ruhəngiz öyrənir ki, Tərlan Fərqanəni uşağı ilə birlikdə 14.09.2015 tarixində Rusiyaya yola salmağa hazırlaşır. Bunu fürsət bilən Ruhəngiz xanım həmin gün Tərlan Hənifəyevi izləməyə başlayır. Təxminən saat 12.15 radələrində Tərlan Yeni Yasamal yaşayış massivindəki evindən çıxaraq, Babək prospektində yerləşən və özünə məxsus olduğu bildirilən obyektinə gəlir (Ruhəngiz xanımın sözlərinə görə, Tərlan avtoyuma sexlərində istifadə olunan OMOKS aqreqatlarının satışı ilə məşğuldur). Yarım saat sonra isə, buraya Fərqanə, oğlu, anası və qardaşı (Fərqanənin qardaşına məxsus “Mersedes-C” avtomobilində) gəlirlər. Burada onların vidalaşma mərasimləri baş tutur. Bundan sonra, Fərqanəgil Heydər Əliyev adına Beynəlxalq Hava Limanına tərəf yola düşürlər. Bütün bunları sübut kimi öz telefonuna çəkən Ruhəngiz Almamedova da taksi ilə onların arxasınca yollanır. Hava limanının dayanacağında Ruhəngiz nəhayət ki, Fərqanənin uşağının da şəklini çəkməyə müyəssər olur. Amma, bundan sonra Ruhəngiz şəhərə qayıtmaq istəsə də, bu mümkün olmur. Belə ki, öz rəqibini görən Fərqanə məlum jestlərlə Ruhəngizi təhqir edir (təqdim olunan şəkillərdə bu jest də aşkar əks olunub). Öz növbəsində Ruhəngiz də yenicə hərəkətə başlamış taksinin pəncərəsindən boylanaraq qarşı tərəfə söyüşlə cavab verir. Bundan sonra isə, əsil mərəkə qopur. İlk növbədə, Fərqanənin qardaşı taksiyə cumaraq arxa qapını açır və Ruhəngizin boğazından yapışır. Sürücü maşını saxlayanda isə, Fərqanənin özü və anası da Ruhəngizə hücum edirlər. Nəticədə, polis əməkdaşları hadisə yerinə çatana qədər Ruhəngiz müxtəlif xəsarətlər alır. Bundan sonra polis işçiləri hadisənin bütün iştirakçılarını Hava Nəqliyyatında Polis İdarəsinə aparırlar. Bir qədər sonra isə Tərlan özü də gəlib çıxır. Burada tərəflərin izahatlarını alıb, ertəsi gün səhər saatlarında tibbi-məhkəmə ekspertizasından keçmək üçün yenidən gəlmələrini tövsiyyə eərək hamını evə buraxırlar. Ruhəngiz xanım hava limanından şəhərə qayıdaraq, yaşadığı evə yox, qohumlarıgilə gedir. Bu arada isə, Tərlan durmadan ona zəng edərək görüşmələrini tələb edir. Ruhəngiz bildirir ki, onunla görüşmək istəmir və özü də qohumlarının evindədir. Amma Tərlan buna baxmayaraq Ruhəngizin yaşadığı evə gedir və heç kimin qapını açmadığından əsəbiləşərək, qapıya ayaqla zərbələr endirir. Nəticədə qapı kilidi yarasız hala gəlir və evin qapısı ümumiyyətlə açılmır. Bütün bunlardan isə, Ruhəngiz yalnız bir neçə saat sonra, evə qayıdıb qapının vəziyyətini görəndə və quraşdırılmış videokamerada qeydə alınmış görüntüləri izləyəndə xəbər tutur.

Ertəsi gün Ruhəngiz yenidən hava limanına, polis idarəsinə gəlir. Buradan o, müstəntiq Cümşüd müəllimlə birgə Mərdəkana, tibbi-məhkəmə ekspertizasına yollanırlar. Məlum olur ki, Tərlan bir qədər əvvəl artıq Fərqanəni bura gətiribmiş. Etiraf edək ki, ekspertin Ruhəngizin aldığı xəsarətlər barədə hansı rəy verdiyindən hələlik xəbərimiz yoxdur. Amma, Ruhəngiz Almamedova özü həkimin artıq qərəzli mövqey tuta biləcəyindən ehtiyat edir. Bundan sonra Ruhəngiz və müstəntiq yenidən polis idarəsinə qayıdırlar. Yolda isə, Ruhəngiz Tərlanın qanuni həyat yoldaşı Vüsalə ilə telefon əlaqəsi saxlayır və hadisəni ona da danışır. Bundan sonra, olayla maraqlanan Vüsalə Hənifəyeva və onun ardınca da Tərlan polis idarəsinə gəlirlər. Ruhəngiz Almamedovanın sözlərinə görə, burada Hənifəyevlər onu yenidən təhqir və təhdid edirlər. Vüsalə Hənifəyeva isə, hətta müstəntiqə belə bir təklif də edir ki, siz bunların ikisini də (Ruhəngizi və Fərqanəni) içəri basın, mən sizin hörmətinizi edərəm…

Beləcə dünənki gün də hadisələrlə zəngin keçir. İş hələlik müstəntiq Cümşüd müəllim tərəfindən araşdırlır və bu araşdırmanın nə ilə nəticələnəcəyini biz deyə bilmərik. Amma, məlum olan budur ki, Ruhəngiz xanımın telefonunda Tərlanın göndərdiyi çoxsaylı təhdid mesajları var və o, şikayətini geri götürməyəcəyi təqdirdə kəbinli həyat yoldaşını ağır cəzalandıracağını bildirir…

Materialda adı keçən bütün tərəfləri dinləməyə hazırıq.

“Olay.az”

Həmçinin oxuyun

Bakı Avropa Liseyində “Asiya ənənələri”… – İDDİA

Dərs ilinin başa çatması ilə məktəblərdə tətil dövrü başlansa da bir çox problemlər heç də …

Bir cavab yazın