Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / İŞ ADAMININ FƏALİYYƏTİNƏ KİMLƏR ƏNGƏL OLUR? – Prezidentə müraciət məqsədilə mətbuat konfransı keçirəcək (VİDEO)

İŞ ADAMININ FƏALİYYƏTİNƏ KİMLƏR ƏNGƏL OLUR? – Prezidentə müraciət məqsədilə mətbuat konfransı keçirəcək (VİDEO)

Tanınmış iş adamı Vüsal Həsənov təzyiqlərlə üzləşdiyini bildirir. O, Azinforum.az-a verdiyi qısa açıqlamada bildirib ki, bir iş adamı olaraq ona fəaliyyət göstərməyə imkan vermirlər:
“Bilirsiniz ki, ölkə başçısı dəfələrlə iş adamlarını incitməmək barədə tapşırıq verib. Ancaq mən öz simamda bunun əksini görürəm. Bəzi səlahiyyət sahiblərinin əməllərindən görünür ki, onlar şəxsi mənfətləri naminə özəl sektora istənilən təzyiqi etməyə hazırdılar. Bununla da, həm qanunları pozurlar, həm də Prezidentin göstərişlərinə əməl etmirlər. Şəxsən mənə sahibi olduğum klinikanı işlətməyə imkan vermirlər”.
Vüsal Həsənov daha sonra bildirdi ki, özünə qarşı edilən bütün haqsızlıqlarla bağlı keçirəcəyi mətbuat konfransında ətraflı məlumat verəcək.
Azinforum.az iş adamının ofisinin mətbuat üçün yaydığı dəvəti təqdim edir:
“25 fevral 2016-cı il tarixdə, saat 15:15-də sahibkar, FBM Estetik Klinikasının qurucusu Vüsal Həsənov sahibkarlığa və birbaşa onun özünə olan təhdid və xuliqanlıqlar, o cümlədən Nəsimi rayon Məhkəməsinin sifarişli qərardadı ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə müraciət məqsədi ilə mətbuat konfransı keçirəcək. Bütün media mənsubları dəvətlidir”.

 


AZİNFORUM.AZ

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın