Ana səhifə / Cəmiyyət / İş adamı Cocuq Mərcanlıda quşçuluq ferması açır –  Ölkə başçısının tapşırığına ilk reaksiya

İş adamı Cocuq Mərcanlıda quşçuluq ferması açır –  Ölkə başçısının tapşırığına ilk reaksiya

Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı müvafiq sərəncam imzalanıb. Dövlət başçısı deyib ki, ilkin mərhələdə 50 ev tikiləcək:

“… göstəriş vermişəm ki, kəndin master planı hazırlansın. Mən əminəm ki, burada gələcəkdə 200 ev tikiləcək. Əlbəttə ki, burada yaşayacaq insanlar üçün iş yerləri açılmalıdır”.

Cənab Prezidentin Cocuq Mərcanlıda yeni iş yerlərinin yaradılması ilə bağlı tapşırığına ilk reaksiya iş adamı, “Xəmsə” MMC-nin sahibi Mürvət Həsənlidən gəlib. Azinforum.az bildirir ki, Azərbaycanda iri quşçuluq təsərrüfatına sahib olan iş adamı, Cocuq Mərcanlıda da yeni quşçuluq təsərrüfatı yaratmağı planlaşdırır və bu xüsusda saytımıza aşağıdakıları söyləyib:

“Cocuq Mərcanlıya qayıdış böyük hadisələrin müjdəçisi, başlanğıcıdır. Cənab Prezidentin kəndin bərpası ilə bağlı addımı olduqca böyük rəmzi məna daşıyır. Ölkə başçısı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı Cocuq Mərcanlı ilə bağlı çox vacib tapşırıqlar verdi. Yeni iş yerlərinin açılmasının vacibliyi baxımında tövsiyyələrini etdi. Dövlət başçımızın kəndlə bağlı humanist addımı, qayğı, istək, sakinlərin böyük həvəslə oraya qayıtma istəyi, bununla bağlı rəsmi müraciət etmələri biz sahibkarları daha da həvəsləndirir. Artıq bir sahibkar kimi, Cocuq Mərcanlıda quşçuluq fermasının təsisini planlaşdırıram. Bu, kənd sakinləri üçün yeni iş yerlərinin yaradılması deməkdir. İndi hər birimiz dövlətlə, xalqla bir olmalıyıq!Ali baş komandanın yanında sərkərdə kimi durmalı, Cocuq Mərcanlı, Lələ Təpə kimi zəfərli günlərə hazır olmalıyıq”.

Çinarə SEYİDOVA

Azinforum.az

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın