Çərşənbə axşamı , Noyabr 28 2023
Ana səhifə / Cəmiyyət / “İranlı həmkarım söz verdi ki, Fəridin məsələsinə bir daha baxılacaq”

“İranlı həmkarım söz verdi ki, Fəridin məsələsinə bir daha baxılacaq”

Baş prokuror Kamran Əliyev İranda həbs edilən azərbaycanlı tələbə Fərid Səfərlinin işi ilə bağlı iranlı həmkarı ilə müzakirə aparıb.
Bu barərə Baş Prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

K.Əliyev bildirib ki, iranlı həmkarından bu məsələyə bir daha diqqətlə baxmağı xahiş edib:

“Xahiş etdim ki, bu işlə bağlı humanizm prinsipləri nümayiş etdirilsin. O da mənə söz verdi ki, bu məsələyə bir daha baxılacaq və prokurorluq humanizm prinsiplərini əsas götürərək öz mövqeyini ortaya qoyacaq”.

Həmçinin oxuyun

“Sürücü və katibə də başqa vətəndaş kimi ev alıb” – Anar

Artıq bir neçə gündür ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) 21 nəfərə ev verməsi müzakirə edilir.Bununla …