Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Cəmiyyət / İranda qadınlar geyim qaydalarına yenə etiraz etdi

İranda qadınlar geyim qaydalarına yenə etiraz etdi

İranda hakimiyyətin 38 ildir qadınlara tətbiq etdiyi geyim qaydalarına etiraz olaraq zərif cinsin nümayəndələri Tehranın müxtəlif yerlərində aksiya keçiriblər.

“Report” xəbər verir ki, qadınların tənha şəkildə aksiya keçirməsi son aylar ənənə halını alıb.

Qeyd edək ki, 2017-ci il dekabrın 27-də 1,5 yaşlı körpə qız anası, 31 yaşlı Vida Müvəhid Tehranın İnqilab prospektində baş örtüyünü bayrağa çevirərək saçları tökülmüş vəziyyətdə etiraz aksiyası keçirmişdi. İranlı hüquq müdafiəçisi Nəsrin Sütudə polisin həmin gün qadını həbs etsə də, yanvarın 28-də sərbəst buraxdığını bildirib.

Yanvarn 29-da isə Vida Müvəhidin hərəkətini bir neçə qadın təkrarlayıb.

Həmçinin oxuyun

Məktəblər ikinci yarımilin əvvəlində açılacaqmı? – AÇIQLAMA

Bu gün təhsil prosesində təmsil olunan hər kəsi məktəblərdə və universitetlərdə ənənəvi təhsil formasının sərt …