Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Cəmiyyət / İranda baş verən zəlzələ zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur – RƏSMİ

İranda baş verən zəlzələ zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur – RƏSMİ

İlkin məlumatlara görə, İranda baş verən zəlzələ zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur.

Bu barədə “Report”a Azərbaycanın İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğundan məlumat verilib.
Diplomatik nümayəndəlikdən bildirilib ki, İranın müvafiq qurumlarından bu barədə məlumat daxil olmayıb. Həmçinin İranda yaşayan və konsulluqda qeydiyyat alınmış Azərbaycan vətəndaşlarından heç kim müraciət etməyib.
Baş Konsulluqdan verilən məlumata görə, Azərbaycan vətəndaşları əsasən təbii fəlakətdən zərər çəkməyən əyalətlərdə yaşayırlar.
Xatırladaq ki, noyabrın 13-nə keçən gecə İran-İraq sərhədində 7,3 balı gücündə zəlzələ baş verib.
Zəlzələnin episentri İranın Sarpol-e-Zahab şəhərindən 32 km şimalda, İraqın Süleymaniyyə şəhərindən 100 km cənub-şərqdə, Yerin 10 km dərinliyində yerləşib. Təbii fəlakət nəticəsində 200-dən çox adam ölüb, təxminən 2500 nəfər yaralanıb.

Həmçinin oxuyun

Ordumuzun Qarabağda zəfər yürüşü Bakıda bayraq və xəritə ajiotajı yaradıb

İşğal altındakı torpaqlarımızı azad etmək üçün rəşadətli ordumuzun Qarabağda apardığı uğurlu döyüş əməliyyatları onillərdir itirilmiş …