Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Cəmiyyət / İrana gedən azərbaycanlıların sayı 53 faiz artıb

İrana gedən azərbaycanlıların sayı 53 faiz artıb

Cari ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,1 faiz artaraq 3 milyon 562,9 min nəfər olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, ölkə vətəndaşlarının 30,7 faiziİrana, 30,3 faizi Gürcüstana, 19,4 faizi Rusiya Federasiyasına, 13,2 faizi Türkiyəyə, 1,6 faizi Ukraynaya, 1 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 66,4 faizi kişilər, 33,6 faizi qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 53,2 faiz, Gürcüstana gedənlərin sayı 2,7 faiz artıb, Rusiya Federasiyasına gedənlərin sayı 1,4 faiz, Türkiyəyə gedənlərin sayı 1,3 faiz azalıb.

Üç rübdə xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 80,3 faizi dəmir yolu və avtomobil, 18,9 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Həmçinin oxuyun

Ermənilərə qan udduran 3 generalımız Türkiyə mətbuatının da diqqətini çəkdi – FOTO

Azərbaycan Ordusu düşməni böyük məğlubiyyətə uğradaraq torpaqlarımızı işğaldan azad etməyə davam edir.27 il sonra ərazi …