Cümə , Fevral 3 2023
Ana səhifə / Cəmiyyət / İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin artdı – Rəsmi

İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin artdı – Rəsmi

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 177 ölkəsindən 1 milyon 458,5 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Gələnlərin 27,7%-i Rusiya, 19,4%-i Türkiyə, 10,8%-i İran, 6,4%-i Səudiyyə Ərəbistanı, 5%-i Gürcüstan, 3,6%i Hindistan, 3,2%-i Pakistan, 2,2%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,9%-i Qazaxıstan, 1,8%-i Ukrayna, hər birindən 1,6% olmaqla İsrail və Özbəkistan, 1,4%-i Küveyt, hər birindən 1,2% olmaqla Oman və Belarus, 11%-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 74,8%-ini kişilər, 25,2%-ini qadınlar təşkil edib.
Apardığımız hesablama göstərir ki, Azərbaycanla münasibətləri gərginləşən İrandan ölkəmizə ötən ay 14,6 min nəfər gəlib. Oktyabr ayı ilə müqayisədə ciddi dəyişiklik olmayıb.
Noyabr ayında Azərbaycandan İrana gedənlərin sayı isə 40,6 min nəfər olub. Müqayisə üçün qeyd edək ki, bu oktyabr ayı ilə müqayisədə təxminən 4 dəfə çoxdur. Yeniavaz.com 

Həmçinin oxuyun

Əfv Komissiyasına müraciət edildi, zərərçəkənlər ayağa qalxdı

Azərbaycanın Ukraynadakı səfiri, keçmiş deputat Elmira Axundovanın oğlu Həbib Axundovun da adının keçdiyi dələduzluq olayının …