Ana səhifə / Cəmiyyət / İran-Ermənistan “qardaşlığı” yeni müstəvidə

İran-Ermənistan “qardaşlığı” yeni müstəvidə

27 yanvar 2017-ci il tarixdə İran İslam Respublikasının Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Möhsün Xadim Ərəbbağinin başçılıq etdiyi nümayəndə heyəti Ermənistan Respublikasına işgüzar səfər edib.

Mia.az İran və Ermənistan KİV-lərinə istinadən bildirilir ki, İranlı heyət Ermənistanın Ərazi İdarəetmə və İnkişaf Nazirliyində olub və orada ikitərəfli görüş keçirilib.

Görüşdə Ermənistan-İran əlaqələrinin möhkəmləndirilməsi və inkişafı, Ermənistanın Syunik və İranın Araz ticarət zonalarında gələcəkdə qarşılıqlı görüləcək işlər və iki dövlət arasında olan Syunik Ticarət Zonasının dövlətlər arası iqtisadi əlaqələrin inkişafına təsiri, süd və ət məhsulları, nanotexnologiya, mədən sənayesi məhsullarının birgə istehsalı məsələləri müzakirə olunub.

Keçirilən iclasda Ermənistanın Ərazi İdarəetmə və İnkişaf naziri Davit Lokyan, hər iki dövlətdə də azad ticarət zonasının fəaliyyət göstərdiyi, lakin İranın bu sahədə təcrübəsinin Ermənistan üçün məqbul ola biləcəyi, Ermənistan hökumətinin iranlı şirkətləri əlavə dəyər vergisindən və gömrük rüsumlarında azad edərək Avrasiya İqtisadi Birliyi ölkələrinə istənilən məhsulu ixrac etməsi üçün imkan yaradacağı, Ermənistan və İranın çoxəsrlik dostluq əlaqələrinin önəmi barədə danışıb. İrandan gedən nümayəndə heyətinin tərkibində iş adamları və şirkət rəhbərləri ilə yanaşı, İİR-in parlament üzvləri Məhəmməd Həsən Necad, milliyətcə erməni Karen Xanlaryan və Jori Abrahamyan da olubdur.

Görüşdə İranın Ermənistandakı səfiri Seyid Kazım Səccadi də iştirak edib.

Qeyd edək ki, son dövrlər İran-Ermənistan münasibətlərində olan “istiləşmə”nin səbəbləri maraq doğurur.

Xatırladaq ki, 30 yanvar 2017-ci il tarixdə Ermənistanın müdafiə naziri Vigen Sarkisyan da İranda rəsmi səfərdə olub.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın