Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / İrəvanın şah damarı kəsilir

İrəvanın şah damarı kəsilir

Rusiyanın dəstəyi olmasa, Ermənistanda həyat donar.

ANS PRESS-in məlumatına görə, bu barədə “Bloomberg” yazıb. Bildirilir ki, Türkiyə-Ermənistan sərhədi nə vaxtsa NATO ilə Sovet İttifaqı arasında cəbhə xətti idi. 1993-cü ildə Azərbaycana dəstək olaraq Türkiyə ilə sərhədin bağlanmasından sonra Ermənistanın xaricə çıxışı cənubda İran, şimalda Gürcüstan vasitəsilədir.

Rusiya bu ölkənin ən böyük ticarət tərəfdaşıdır, 2013-cü ildə 1.27 milyard avroluq ticarət dövriyyəsi həyata keçirilib.

Vaşinqtonda Karneqi Beynəlxalq Sülh Fondunun nümayəndəsi Tomas de Vaal deyib ki, indi Türkiyənin Ermənistanla sərhədini açması şansı 2010-cu ildə olduğundan aşağıdır. O zaman iki ölkə arasında diplomatik münasibətlərin bərpası müzakirə olunurdu.

Türkiyənin Ermənistandan idxalı 2010-cu ildə 2.6 milyon dollar idisə, 2014-cü ildə 1.5 milyon dollara düşüb. Statistikaya görə, ötən il Türkiyə Ermənistana mal ixrac etməyib. Amma iki ölkə arasında hava xətti işləyib.

Müəllif Ermənistanın bir sıra regional layihələrdən kənarda qalmasından söz açıb: “Ermənistan parlamentinin müxalifətdən olan üzvü Tevan Poğosyan deyir ki, Ermənistanla sərhədin bağlı qalması Rusiyanın maraqlarına xidmət edir. Ermənistanın Avrasiya İttifaqına qoşulmamaq planı da Rusiya və Qərbin qarşıdurması ilə əlaqələndirilir. Çünki Rusiya göstərmək istəyir ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı iflasa uğrayıb.”

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın