Şənbə , May 25 2024
Ana səhifə / Cəmiyyət / İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin xüsusi dəstəyi ilə ölkəmizin bütün iqtisadi regionlarını əhatə edən İqtisadiyyat Müsabiqəsinin 29 mart-3 aprel tarixlərində məktəb turunu yekunlaşdırıb. Məktəb turunda ümumilikdə 385 məktəbdən 9, 10, 11 və 12-ci siniflər üzrə 1637 şagird azərbaycan, rus və ingilis dillərində onlyan imtahan vermişdir.

İqtisadiyyat Müsabiqəsinin məqsədi orta məktəb şagirdləri arasında iqtisadiyyat və maliyyə savadlılığına marağı artırmaq və iqtisadi təhsili təşviq etməkdir. İqtisadiyyatın Əsasları Təşəbbüsü (EFI) tərəfindən dərc edilən “Sağlam iqtisadi düşüncə: hər kəsin fərdi və milli rifah haqqında bilməli olduqları” kitabının Azərbaycanda şagirdlərə Azərbaycan dilində pulsuz nəşrini təqdim etmək təşviqatın həyata keçirilməsi məqsədi daşıyır.

Diqqətinizə çatdırırıq ki, 2023-cü ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə İqtisadiyyat Müsabiqəsinin bütün turları müvəffəqiyyətlə həyata keçirilib. Ölkə üzrə ən yüksək nəticə göstərmiş 5 nəfər şagird Slovakiyanın Bratislava şəhərində beynəlxalq turda iştirak etmişdir.

2024-cü ildə beynəlxalq tur Yunanıstanın Afina şəhərində keçiriləcək və burada iştirak etmək üçün seçimlərin növbəti turu regional mərhələdir. Bu o deməkdir ki, ən yüksək nəticələr göstərmiş 5 məktəbli Azərbaycanı Avropada təmsil edəcək. Məktəb turunda göstərdikləri yüksək nəticəyə əsasən, aşağıda adları verilən şagirdlər 24 aprel tarixində regional tur imtahanında iştirak edəcəklər.

Qalibləri təbrik edirik:

Adil Ağayev – 132-134 nömrəli Təhsil Kompleksi
Murad Qəribov – Bakı Britanya Məktəbi
Murad Məmmədzadə – Bakı Britanya Məktəbi
Möhəbbət Xəlilov – Bakı Britanya Məktəbi
Cavadxan Muradov – Milli Qəhrəman Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb
Esma Babayeva – Bakı Britanya Məktəbi
Murad Ağazadə – Sumqayıt şəhər Ş.İ.Xətai adına 30 nömrəli tam orta məktəb
Əli Məmmədov – Bakı Britanya Məktəbi
Səid Kazımlı – Bakı Modern Məktəbi
Maqsud Süleymanov – 132-134 nömrəli Təhsil Kompleksi
Aylan Macabalitao – 132-134 nömrəli Təhsil Kompleksi
Orxan Mirzəyev – Bakı Britanya Məktəbi
Cavid Abbasbəyli – Bakı Britanya Məktəbi
Gülər Ənsərli – Oğuz şəhər Nail İbrahimli adına 3№-li məktəb-lisey
Əli İmanzadə – Sumqayıt şəhər Ş.İ.Xətai adına 30 nömrəli tam orta məktəb
Fateh Əhməd – 132-134 nömrəli Təhsil Kompleksi
Rəna Məmmədli – S. C. Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası
Selin Şahin – Bakı Britanya Məktəbi
Xəzər Hüseynov – 132-134 nömrəli Təhsil Kompleksi
Nəzrin Əzizova – Gəncə şəhər 32 nömrəli tam orta məktəb
Tarık Qədimov – Sumqayıt şəhər 27 nömrəli tam orta məktəb
Leyla Məmmədova – Xırdalan şəhər 2 nömrəli tam orta məktəb
George Hand – Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
Oqtay Lətifli – Fizika-Riyaziyyat və İnformatika təmayüllü Respublika liseyi
Milana Əmirova – Qusar, Elxan Guləliyev adina 2 saylı tam orta məktəb
Valeh Aliyev – Bakı məktəbi
İsfəndiyar Xəlilzadə – Sabunçu rayon 310 nömrəli tam orta məktəb
Mehdi Quliyev – 132-134 nömrəli Təhsil Kompleksi
Cəmilə Rəhimzadə – 132-134 nömrəli Təhsil Kompleksi
Nəzrin Süleymanova – 160 nömrəli Klassik Gimnaziya
Anar Həsənov – Gəncə şəhər 32 nömrəli tam orta məktəb
Əli Zülfüqarov – Rixard Zorge adına 90 nömrəli tam orta məktəb
İslam Əfəndiyev – 72 nömrəli məktəb-lisey
Aysel Babayeva – Şamaxı rayon Ak. H. Hüseynov adına Çarhan kənd tam orta məktəbi
Zəhra Mehralızadə – Şirvan şəhər E.B.Imanov adına 10 nömrəli tam orta məktəb
Rüfət Niftəliyev – 132-134 nömrəli Təhsil Kompleksi
Nihad Həsənli – Milli Qəhrəman Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb
Ayan Abdulrəhimova – Milli Qəhrəman Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb
Mikayıl İbrahimov – ADA Məktəbi
Əli Zeynallı – Samir Hacıyev adına 5 nömrəli tam orta məktəb
Ayla Kərimova – Kəngərli rayon Qıvraq qəsəb tam orta məktəb
Zakir Rzayev – Qusar rayonu professor Kərim Kərimov adına Hil kənd tam orta məktəb
Rafiq Əhmədov – Şəki şəhər 18 saylı tam orta məktəb
Sehri Kazımova – Balakən rayonu Talalar kənd 1 nömrəli tam orta məktəb
Şəbnəm Osmanova – Balakən rayonu Talalar kənd 1 nömrəli tam orta məktəb
Yaqub İsmayıllı – Masazır 2 nömrəli tam orta məktəb
Həsən Əlizadə – Sumqayıt şəhər Vaqif İbrahim adına 35 saylı tam orta məktəb
Səid Dünyamalızadə – 27 nömrəli tam orta məktəb
Mirzə Seyidov – 132-134 nömrəli Təhsil Kompleksi
Maqsud Maqsudov – Samir Hacıyev adına 5 nömrəli tam orta məktəb
İsrafil Məmmədov – 132-134 nömrəli Təhsil Kompleksi
Günel Qasımova – İsmayıllı şəhər Eldar Məmmədov adına 3 nömrəli məktəb-lisey
Nuray Mərdanova – Gəncə şəhər 32 nömrəli tam orta məktəb
Fidan Sabirova – Balakən rayonu, Tülü kənd ümumi orta məktəb
Çingiz Əliverdiyev – Qusar, Elxan Güləliyev adına 2 saylı tam orta məktəb
Məmməd Kətanov – Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəb
Ruslan Orucov – Şəki şəhər 18 saylı tam orta məktəb
Nurullah Çunayev – Balakən rayonu Qaysa kənd tam orta məktəb
Nurgül Qasımova – Balakən rayonu Qazma kənd 1 nömrəli tam orta məktəb
Günəş Şabanova – Balakən rayonu Qazma kənd 1 nömrəli tam orta məktəb
Hüseyn Bağırov – Neftçala şəhər Əlif Piriyev adına 2 nömrəli tam orta məktəb.

Həmçinin oxuyun

Şagirdlərin ağır yükü: Məktəbli çantasının çəkisi nə qədər olmalıdır?

“Məktəbli çantası nə etsin ki, bizim təhsildə proqram ağırdır”. Bu fikirləri Yenicag.az-a açıqlamasında məktəbli çantalarının ağırlığının …